Slimfit
  1. İQTİSADİYYAT

Nazir müavini: "Azərbaycanda bərpa olunan enerjinin inkişafını investisiyaların cəlbində görürük"

Nazir müavini: "Azərbaycanda bərpa olunan enerjinin inkişafını investisiyaların cəlbində görürük"
Sakura

Nazir müavini: "Azərbaycanda bərpa olunan enerjinin inkişafını investisiyaların cəlbində görürük"

 "Azərbaycanda bərpa olunan enerjinin gələcək inkişafını investisiyaların cəlb olunmasında görürük. Bu sahə investorlar üçün cəlbedici olmalıdır".

"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev "Bərpa olunan enerji qanunvericiliyinin hazırlanmasında dövlət və özəl sektorun əməkdaşlığı" mövusunda dəyirmi masada bildirib.

O, Strateji Yol Xəritəsinin bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı portfelinin şaxələndirilməsi prioritetinə uyğun son vaxtlar görülən işlərdən danışıb: "Bərpa olunan enerji mənbələri potensialından daha səmərəli istifadə və bu sahənin inkişafı özəl sektorun inkişafı ilə təmin edilə bilər. Bərpa olunan enerji sahəsinə özəl investisiyanın cəlbi məqsədilə hazırda müvafiq sahəni tənzimləyən normativ hüquqi bazanın formalaşdırılmasına, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanmasına başlanıb".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR