Mühəndis iPhone 7-ə qulaqcıq girişi düzəltdi
Mühəndis Skotti Allen (Scotty Allen) iPhone 7-ə qulaqcıq girişi quraşdıra bildi. Bununla yanaşı smartfon normal olaraq işləməyə davam edir.
O özünün Youtube kanalında Mini-Jack girişinin hazırlanması prosesini ətraflı izah edib. Onun sözlərinə görə bunun üçün 4 aya yaxın vaxt sərf edib. Təcrübə əsnasında bir neçə yeni iPhone xarab olub. Korpusun adi deşilməsindən əlavə olaraq qulaqcıqların düzgün işləməsini təmin edən platanı smartfonun içərisində quraşdırıb.
Çində yaşayan Allen qeyd edib ki, iPhone üçün Mini-Jack hazırlanması üçün təlimatı çin dilinə tərcümə etməklə məşğuldur ki, bu da yerli ustaların bunu qavramasını asanlaşdıracaq. Bundan başqa o Apple mühəndislərinə də hər hansı sual yaranarsa məsləhət verməyə hazır olduğunu bildirib.
Bu ilin aprel ayında Allen Çinin elektron bazarından alınmış hissələrlə iPhone 6s yığmışdır. Bu telefonun real dəyəri 300 dollar təşkil etmişdi.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət