“Möhtəşəm yüz il” serialının aktyoruna 96 il həbs cəzası istənilir
“Möhtəşəm yüz il” serialının aktyoru Adnan Koçun 96 ilədək həbs olunması istənildi.
Oxu.Az xəbər verir ki, keçən il İstanbulda kafelərin birində aparılan narkotik əməliyyatı zamanı aktyor və qardaşları Ahmed Koç, Mehmed Hayri Koç, əmisi oğlu Şeymus Koç və dostu Mehmed Pınarbaşı həbs olunub. Saxlanılan şəxslər polislərə müqavimət göstərib.
Əməliyyat zamanı Adnan Koçun cibindən narkotik vasitə olan kokain tapılıb. Eyni zamanda aktyor polisin başına yumruq zərbələri vuraraq onu döyüb.
Bir ildən çoxdur ki, davam edən cinayət işinə son qoyulub. Keçirilən məhkəmə prosesi zamanı müstəntiq Adnan Koç və qardaşlarının beş ayrı cinayətə görə, ümumi olaraq 184 il 4 aya kimi həbs olunmasını tələb edib.
“Qəsdən adam öldürməyə cəhd”, “vəzifəsini yerinə yetirməyə çalışan məmura müqavimət göstərmək”, “icazəsiz silah gəzdirmək” və “dövlət məmurunu açıq şəkildə təhqir etmə” maddələri ilə Adnan Koçun 96 ilə kimi həbs olunmasını istənilib.
Qeyd edək ki, 35 yaşlı Adnan Koç “Möhtəşəm yüz il” serialındakı Bəhram Paşa obrazı ilə tanınıb. Aktyor daha sonra Rusiya istehsalı olan “Şərq-Qərb” serialında baş rolda oynayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət