Slimfit
  1. MEDİA

"Milli dövlətçiliyə təhlükə yaradan dini-siyasi cərəyanlara qarşı mübarizədə ali təhsil müəssisələrinin rolu" adlı vebinar keçirilib

"Milli dövlətçiliyə təhlükə yaradan dini-siyasi cərəyanlara qarşı mübarizədə ali təhsil müəssisələrinin rolu" adlı vebinar keçirilib
Sakura

"Milli dövlətçiliyə təhlükə yaradan dini-siyasi cərəyanlara qarşı mübarizədə ali təhsil müəssisələrinin rolu" adlı vebinar keçirilib

"Milli dövlətçiliyə təhlükə yaradan dini-siyasi cərəyanlara qarşı mübarizədə ali təhsil müəssisələrinin rolu" adlı vebinar keçirilib

Azərbaycan Texnologiya Universiteti (UTECA) və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə şöbəsinin birgə təşkilatçılığı ilə "Milli dövlətçiliyə təhlükə yaradan dini-siyasi cərəyanlara qarşı mübarizədə ali təhsil müəssisələrinin rolu" adlı vebinar keçirilib. UTECA-da baş tutan vebinar hibrid formada təşkil edilib

Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanan tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov giriş sözü ilə çıxış edib. Rektor Cənab Prezident İlham Əliyevin Gənclər Günündə dediyi “Açıq deməliyəm, gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Ona görə də bax, bu qlobalistlərin - mən onları şərti olaraq belə adlandırıram - sorosçuların məqsədi məhz gənclərdir” sözləri xatırladaraq mövzunun aktuallığına diqqət çəkib. Bildirib ki, Azərbaycan Texnologiya Universiteti məsələni daim diqqətdə saxlayır. Kadr hazırlamaqla yanaşı tələbələrin Vətənə, dövlətə və millətə faydalı, adət və ənənələrinə sadiq fərd kimi yetişməsinə çalışır.  

DQİDK-nin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov çıxışında bildirib ki, bu gün Azərbaycanda multikultural mühit və millətlərarası münasibətlər yüksək səviyyədədir və təsadüfi deyil ki, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir.

Daha sonra vebinarda Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bələdov,  UTECA-nın elm və innovasiyalar üzrə prorektor əvəzi Mayis Gülalıyev, İlahiyyat İnstitutunun kafedra müdiri Əhməd Niyazov, AMEA Tarix İntitutunun şöbə müdiri Hacı Həsənov, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbə müdirinin müavini Elmar Fətəliyev, Rusiya Xalqlar Dostluğu Universitetinin kafedra müdiri Oqtay Hüseynov, “Müasir İnkişaf” İB-nin sədri Mübariz Göyüşlü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Mübariz Ağalarlı, UTECA-nın İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Şahmar Həsənov və əməkdar müəllim Aydın Allahverdiyev dini radikalizm və onun fəsadları barədə çıxış ediblər.

Qeyd edilib ki, ölkədə dini radikalizmə rəvac verən amillər xarici təsirlərlə bağlıdır. Xarici zərərli təsirlərin əsas səbəbi isə Azərbaycanın bütün sahələrdə inkişafını, müstəqil siyasət yürütdüyünü gözü götürməyən müəyyən xarici dairələrin bütün vasitələrdən, həm maddi, həm ideoloji, o cümlədən, dindən ölkəmizə qarşı öz məkrli məqsədləri üçün istifadə etmələridir. Gənclər bunları bilməli, diqqətli olmalı, dövlət maraqlarını daim üstün tutmalıdırlar. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR