Slimfit
  1. MARAQLI

Südlə qan: Bodi adlı Efiopiya qəbiləsinin ən gözəl kişiləri

Südlə qan: Bodi adlı Efiopiya qəbiləsinin ən gözəl kişiləri
Sakura

Südlə qan: Bodi adlı Efiopiya qəbiləsinin ən gözəl kişiləri

Avropalı və amerikalılar hər əlavə kiloqram çəki ilə mübarizə apararkən bodi adlı afrika qəbiləsinin kişiləri ən böyük qarına sahib olmağa çalışırlar. Buna nail olanlar əsl qəhrəman olur və bütün üstünlüklərə sahib olurlar.

 

İnəklər bodi qəbiləsinin əsas sərvətidir.

 

Efiopiyada müxtəlif qəbilələri tox adlandırmaq olmaz, lakin bodi qəbiləsinin müxtəlif üzvlərini gördükdə elə fikir yaranır ki, onlar hər gün naharı McDonalds-da edirlər. Əgər digər efiopiya qəbilələrinin kişiləri geniş kürəyi və güclü əzələləri olan arıq atletlərdirsə, bodi kişiləri əksinə yekə qarına sahib yekəpərlərdir. Məhz bu qəbilənin kök kişilərini sərvətli və sağlam hesab edirlər.

 

Kel bayramı

Dieta ciddi məsələdir!

 

Yüz illər boyu bodilərdə belə həyat baxışı başqa cür “köklərin yarışı” adlandırılan xalq bayramı hesabına formalaşıb. Bu bayram yayın ortalarında keçirilir və 1-2 gün davam edir. Onda ancaq kişilər iştirak edir. Bayrama hazırlıq bir neçə ay, çoxlu inəyi olanlar isə hətta yarım il əvvəldən hazırlaşır.

Bayramın iştirakçısı cavan və subay kişilər ola bilər. “Kökləri yarışması”nda iştirak etməyə qərar verən kişi qida kimi ancaq yağlı inək südü və qanı (digər qidalardan tam imtina etmək şərti ilə) qəbul edir. Belə hazırlıq müddətində kişi daxmadan çıxmır və kökəlir.

Süd, qan və oturaq həyat tərzi

 

Bayram günü kişilər öz bədənlərini rəngləyir, başlarını lələk və balıqqulağı ilə sarıyır, sinəsinə boyunbağı asır, iplər bağlayaraq bayram keçirilən yerə gedir. Yol onlar üçün asan olmur – az hərəkətli həyat tərzi və çəki artırma izsiz qalmır. Lakin bu qəbilənin ən kök kişişi ciddi üstünlüklər bəxş edir.

Bodi qəbiləsinin yaraşıqlıları

 

Bayramın keçirildiyi yerdə iştirakçıları bütün qəbilə və ağsaqqallar gözləyir. İştirakçılar təntənəli surətdə öz qarınlarını tamaşaçılara göstərirlər. Ən kök olana ağsaqqallar qəbilənin qəhrəmanı titulu verirlər ki, bu titulu da onlar bütün ömür boyu daşıyacaqlar. Çempionun bu dövrdə subay olmasını nəzərə alsaq onun evlənmə şansı da dəfələrlə artır. İstənilən qız üçün kök kişini əldə etmək əsl xoşbəxtlikdir.

 

Cəmiyyət və həyat

 

Qəbilədə çoxarvadlılıq prinsipi hökm sürür. Bunun da öz mənası var – nə qədər arvad çox olsa uşaq – işçi ola bilər.

Bütün qəbilənin arzuladığı kişi

 

Qəbilə ailələrdən ibarət olan 15 klana bölünüb. Hər klana ağsaqqal başçılıq edir, bütün ağsaqqallar müxtəlif yığıncaqlar aparmaq hüququna malikdir. Bodu qəbiləsi üçün animizm xarakterikdir, onlara görə hər bir hadisə və əşyanın öz ruhu var. Vəhşilər təbiətlə sülh şəraitində yaşayırlar, adi hallarda narahat etmirlər, ancaq nadir vacib hallarda. Lideri komoro adlandırırlar. Ölümdən sonra vəzifə qəbilə adətinə görə varisə ötürülür.

Gün sutkanın qanunauyğunluğuna görə keçir. Səhər hamı yatır, isti düşənə qədər çobanlar inəkləri yemləyir, bu zaman qəbilənin qalan hissəsi havanın qızmasını gözləyir. 1,5 saatdan sonra daxmalardan çıxırlar və günün yarısına qədər müxtəlif işlərlə məşğul olurlar.

Kel bayramında ritual rəqslər

 

Günün yarısı olan kimi qəbilə ağacların kölgəsində yığışır və ya evlərin damlarının altında yer alır, çünki günün bu vaxtı havanın temperaturu 40 dərəcəni keçir və nə isə etmək mümkün olmur. Bu zaman qəbilə kölgədə istirahət edir, kimsə kiçik əl işi ilə məşğul olur, kimsə boş vaxtını keçirir. Sərin olduqda onlar yenə işlərinə davam edirlər.

 

Qəbilə modası

 

Qəbilədə istisnasız hər kəs bədənini çapıqlarla bəzəməyi sevir. Qadınlar hesab edir ki, bədənlərində nə qədər çapıq olarsa kişilərin onlara toxunuşu daha xoş olur. Bütün proseduru heç bir hazırlıqsız və hətta dezinfeksiyasız edirlər. Əksər hallarda qadınlar və kişilər çapığı bıçaq, ülgüc, adı çubuqla edirlər.

Bodi qəbiləsinin ən yaraşıqlı kişisi

 

Bu adətə hazır olmayan qəbilə nümayəndələri isə bədənlərində nəsə çəkə bilərlər. Adətən şəkli bayram vaxtları çəkirlər.

Potensial gəlinlər - boqi qızları

 

Hazırda çox yayılan saç forması – afrika quyruğu buradan qaynaqlanır. Bodi qadınları qədim dövrlərdən başlarında saçdan burda spiral yaradırlar. Möhkəm dayanması üçün yağlayırlar, sonra isə üzərinə gil səpirlər. Gil bərk olanda quyruq yaxşı forma alır.

Bodi qadını uşağı ilə

 

Həmçinin bütün bodilər özlərini xüsusi əşyalarla bəzəməyi sevir, buna parlaq açardan muncuq, plastik qab hissələrindən sırğa aiddir. Onlar özləri ilə heç bir ayin mənası daşımasa da aborigenləri cəlb edir.

 

Sivilizasiya və Bodi

 

Qədim dövrlərdən bodi ovçuluqla məşğul olub, tədricən heyvandarlığa keçiblər. İnəklər hazırda da sahibin əsas meyar və göstəricisi hesab olunur. Bundan başqa, vaxt ötdükcə bodi həmçinin kənd təsərrüfatını da mənimsəməlidirlər.

Bodi qəbiləsinin ən arzu olunan kürəkənləri

 

Hazırda bodi qəbiləsinin üzvləri təxminən 7000-ə çatır. Bu insanlar birbaşa heyvandarlıqdan və otlaqlardan asılıdır. Son vaxtlar onlara sivilizasiya yaxınlaşmağa başlayıb.

Efiopiya hökuməti bu ərazilərdə bənd və elektrik stansiyaları inşası işlərini başlayıb. Bodiyə məxsus olan böyük əraziləri tikinti firmaları alıb. Aborigenləri isə güclə çaydan kənar ərazilərdə məskunlaşmağa məcbur edirlər. Mübarizə apara bilməyən bodi yaşadıqları ərazilərdən gedir, digərləri gizlənmək və gizli müharibə aparmaq qərarına gəlir.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR