Slimfit
  1. CƏMİYYƏT

Mənzil yandırmaqda təqsirləndirilən şəxslərə bəraət verildi

Mənzil yandırmaqda təqsirləndirilən şəxslərə bəraət verildi
Sakura

Mənzil yandırmaqda təqsirləndirilən şəxslərə bəraət verildi

Bakıda mənzili yandıraraq əmlakı məhv etmədə təqsirləndirilən Anar Qasımovun, bu cinayəti sifariş etməkdə təqsirləndirilən, vaxtilə Dövlət Təhlükəsizliyi Xidmətində sürücü kimi çalışmış Fariz Yunisovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi olmadığından hər iki şəxsə bəraət verilib.

Hakim həmçinin qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin məhkəməyə daxil olan ekspertiza rəyində mənzilin qısaqapanmadan yandığı məlum olub.

Qeyd edək ki, ötən il Xətai rayonu, NZS qəsəbəsində mənzil yanıb. Zərərçəkən şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək evini qonşusu Fariz Yunisovun sifarişi ilə Anar Qasımovun yandırdığını deyib. Hər iki şəxsə ittiham verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR