Slimfit
  1. MEDİA

MEK-də “Vikipediya” təlimləri davam edir

MEK-də “Vikipediya” təlimləri davam edir
Sakura

MEK-də “Vikipediya” təlimləri davam edir

MEK-də “Vikipediya” təlimləri davam edir

Mərkəzi Elmi Kitabxanada (MEK) Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA) İnstitutlarının əməkdaşları üçün “Vikipediya” təlimlərinə start verilib. Təlimlər ənənəvi və AMEA Naxçıvan Bölməsi Elm və Təhsil şöbəsi, AMEA Şəki Regional Mərkəzi, eləcə də AMEA Gəncə Bölməsi üçün onlayn formatda baş tutacaq.

Təlimin ilk günündə çıxış edən MEK-in baş direktoru, professor Məmməd Əliyev bildirib ki, pandemiya bitdikdən sonra “Vikipediya” maarifləndirici təlimlərinə üç aydır ki, yenidən başlanılıb. Alim “Vikipediya”nın həm dövlət, həm də vətəndaşlar üçün maraq doğurduğunu vurğulayıb və bu sahənin inkişafında ziyalıların üzərinə düşən öhdəlikdən danışıb. Baş direktor onu da qeyd edib ki, qalib ölkə - Azərbaycan haqqında informasiyanı düzgün şəkildə dünyaya çatdırmaq vətəndaş olaraq bizim borcumuzdur. Daha sonra baş direktor “Qorqud” Vikipediya Metodik Klubunun və şəxsən klubun sədri, millət vəkili Elnur Allahverdiyevin, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin, o cümlədən “Vikipediya” üzrə mütəxəssis, disapor üzrə araşdırmaçı-ekpert Elnur Eltürkün sözügedən təlimlərin keçirilməsində dəstəkçi olduqlarını vurğulayaraq onlara təşəkkürünü bildirib. M.Əliyev, həmçinin onu da qeyd edib ki, təlimdə iştirak edənlər sonda diplom və sertifikatla təltif olunacaqlar.

Tədbirdə çıxış edən  “Vikipediya” üzrə mütəxəssis, disapor üzrə araşdırmaçı-ekpert Elnu Eltürk Azərbaycanda bu sahənin gücləndirilməsi və genişləndirilməsində MEK-in rolundan danışıb. O, həmçinin bildirib ki, AMEA İnstitutlarının əməkdaşları mütəmadi olaraq təlimlərə qatılaraq öz töhfələrini verirlər.

Daha sonra təlimçi Nuray Tanrıverdiyeva “Vikipediya”nın tarixinə nəzər salaraq iştirakçılar təlimlərı haqqında məlumatlandırıb.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 ( daxili 14-14)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR