Slimfit
  1. MARAQLI

Məhkəmə Google şirkətini insanın kriminal keçmişi barədə informasiyanı gizlətməyə məcbur etdi

Məhkəmə Google şirkətini insanın kriminal keçmişi barədə informasiyanı gizlətməyə məcbur etdi
Sakura

Məhkəmə Google şirkətini insanın kriminal keçmişi barədə informasiyanı gizlətməyə məcbur etdi

Britaniya məhkəməsi qərara alıb ki, Google şirkəti məhkəməyə anonim olaraq müraciət edənin çoxdankı məhkumluğu barədə məlumat bağlantılarını axtarış nəticələrindən çıxarmalıdır.

Dünən məhkəmə Google şirkətini insanı internetdən silməyə məcbur etdi. Britaniya hakimi qərara aldı ki, axtarış nəticələrində on il əvvəlki məhkumluq barədə yazılar olan səhifələr göstərilməməlidir; məhkəməyə müraciət edən insan özünün unudulmaq hüquqlarının reallaşdırılmasını tələb etdi.

Unudulmaq hüququ nəzərdə tutur ki, insanlar onlar haqqında aktual olmayan və ya yanlış informasiyanın silinməsini tələb edə bilər. Unudulmaq hüququ Avropa Birliyinin 2016-cı ildə qəbul etdiyi məlumatların qorunması haqqında Ümumi reqlamentində təsbit olunmuşdur; Böyük Britaniya Breksitə baxmayaraq bu sənədə tabe olmaqda davam edir.

Anonimin və Google korporasiyasının məhkəmə çəkişməsi 2018-ci ilin mart ayında başlayıb; şirkət onu qane etməyən axtarış nəticələrini silməkdən imtina edəndən sonra insan məhkəməyə müraciət edib.   Axtarış sisteminin verdiyi linklərin yönləndirdiyi səhifələrdə iddiaçının məhkumluğu barədə informasiya var idi. Google-da axtarışın onun kriminal keçmişi barədə danışdığından insan şəxsi həyatı və iş axtarışı ilə çətinlik çəkirmiş.

İndi Google məhkəmənin qərarına tabe olmağa məcburdur. Səhifələrin özləri - xəbər saytlarda və anonim iddiaçının işinə istinad olan digər yazılarda silinməyəcək, amma onları Google vasitəsilə tapmaq mümkün olmayacaq.

 

Tərcümə: Famil Ələkbərov

Mənbə: Populyarnaya Mexanika

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR