Məhəmməd Əlidən Həyat Dərsləri və Motivasiyası Haqqında 14 Sitat
Məhəmməd Əli karyerası boyunca rinqə çıxdığı 61 döyüşün yalnız 5-də məğlub oldu və bu məğlubiyyətlərin 3-ü ilk 4 döyüşündən idi. Nokaut ilə uduzduğu döyüş yoxdur. Təslim olmur! Özünü aparmağından siyasi görüşünə qədər Məhəmməd Əli adi bir boksçudan daha artıq idi. Məhəmməd Əlinin həyat dərsləri və motivasiyalarla dolu sitatlarını ola bilsin bəzilərini yaddan çıxartmışıq. Gəlin onları birlikdə xatırlayaq.
1) “Dünyanı 20 yaşlarında olduğu kimi 50 yaşında da eyni şəkildə görən bir insan, həyatının 30 ilini hədər etmişdir”.
2) “Sizi yoracaq olan dırmanmağa çalışdığınız dağ deyil, ayaqqabınızdakı çınqıl daşlarıdır”.
3) “Beynim bunu başa düşərsə və qəlbim buna inanarsa, bacara bilərəm”.
4) “Malcolm X-ə arxamı çevirmək həyatımda ən çox peşmanlıq duyduğum səhvlərdən biri idi. Kaş ki, Malcolm-a kədərli olduğumu deyə bilsəydim”.
5) “Kəpənək kimi uçaram, arı kimi sancaram”.
6) “İradə bacarıqdan daha güclü olmalıdır”.
7) “İngilis dilində əla danışmıram, amma sizə ağıl verirəm”.
8) “Məni döyməyi xəyal belə etsən, oyanıb üzr istəyərsən”.
9) “İmkansız, yaşadıqları dünyada təslim olmaq üçün bəhanə axtaran kiçik insanlar tərəfindən ortaya atılan böyük bir kəlimədir. İmkansız, həqiqət deyil. Bu bir düşüncədir. Heç bir şey imkansız deyil”.
10) “Risk etmək cəsarəti olmayan insan həyatda heç nə əldə edə bilməyəcəkdir”.
11) “Timsahlarla güləşdim, balinayla boğuşdum, ildırıma qandal taxıb həbsə atdım”.
12) “Məşqlərin hər dəqiqəsinə nifrət etdim, amma sonra özümə dedim ki: Təslim Olma. İndi əzab çək və həyatının qalan hissəsini bir çempion olaraq yaşa“.
13) “Xəyal gücü olmayan bir insanın qanadləri yoxdur”.
14) “Günləri saymayın, sayılmaya dəyər günlər yaşayın”.
Mənbə: Moneta.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət