Slimfit
  1. MARAQLI

McDonald's 300 milyon dollara süni intellekt şirkətini alıb

McDonald's 300 milyon dollara süni intellekt şirkətini alıb
Sakura

McDonald's 20 il ərzində ən böyük müqaviləsini açıqladı

McDonald's şəbəkəsi süni intellekt sahəsində fəaliyyət göstərən Dynamic Yield israil şirkətini əldə etdiyini bildirib. Bu, şəbəkənin son 20 ildə ən böyük müqaviləsi oldu.

Alış qiyməti açıqlanmayıb. Amma Financial Times məlumatına əsasən 300 milyon dolları aşıb.

McDonald's-dan bildiriblər ki, israil şirkətinin texnologiyaları hava şəraiti, restorandakı sıxlıq və digər faktorlardan asılı olaraq dəyişən personal menyu və yemək dəstlərinin tərtibatı üçün istifadə ediləcək. Yəni, müştərinin seçiminə əsasən, süni intellekt ona menyudan əlavə seçimlər təklif edəcək.

Bu texnologiyaları McDonald's şirkətinin ABŞ-dakı müəssisələrində sınaqdan keçirmək planlaşdırılır. Həmçinin ondan özünəxidmət köşkləri və şəbəkənin mobil proqramında istifadə olunacaq.

Restoranlar şəbəkəsindən bildiriblər ki, Dynamic Yield ayrıca işə davam edəcək və həm cari, həm də yeni müştərilərlə əməkdaşlıq edəcək.

 

Mənbə: realnoevremya.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR