Slimfit
  1. DÜNYA

Matviyenko rus dilinə olan diqqətə görə Azərbaycan rəhbərliyinə təşəkkür etdi

Matviyenko rus dilinə olan diqqətə görə Azərbaycan rəhbərliyinə təşəkkür etdi
Sakura

Matviyenko rus dilinə olan diqqətə görə Azərbaycan rəhbərliyinə təşəkkür etdi

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ruslar üçün beynəlxalq ünsiyyət dili olan rus dilinə göstərilən diqqətə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.

 

Bizimyol.info xəbər verir ki, “RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə o, Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumda çıxışı zamanı bildirib.

“Rusiya - Azərbaycan əməkdaşlığında humanitar əlaqələr xüsusi rol oynayır. Bakı Slavyan Universiteti həqiqətən misilsiz bir təhsil, elm və mədəniyyət mərkəzidir. Orada rus dilinin öyrənilməsi, slavyan xalqlarının adət-ənənələri və mənəvi dəyərlərinin qorunub saxlanması istiqamətində böyük işlər həyata keçirilir”, - deyə senator qeyd edib.

Matviyenko həmçinin qeyd edib ki, Azərbaycanda Rusiyanın aparıcı universitetlərinin - Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov Tibb Akademiyasının filialları var, eyni zamanda tədrisin rus dilində olduğu təxminən 400 məktəb fəaliyyət göstərir:

“Biz də öz növbəmizdə hər zaman bizim üçün millətlərarası ünsiyyət dili olan rus dilinə bu qədər diqqətli münasibətə görə Azərbaycan rəhbərliyinə böyük təşəkkür edirik”.

O, turizmin inkişafındakı müsbət dinamikanı da məmnunluqla qeyd edib:

“Keçən il Azərbaycana yolanmış rus turistlərin sayı təxminən 900 min nəfərə çatdı. Onların sayını hər il artırmaq üçün daha çox səy göstərilməlidir”.

Matviyenko əlavə edib ki, ölkələr arasında mədəni dialoq da daim davam edir, müntəzəm sərgilər, teatr turları, konsertlər, musiqi və film festivalları keçirilir:

“25 il ərzində Rusiya ilə Azərbaycan arasında genişmiqyaslı mədəniyyət günləri mübadiləsi layihəsi həyata keçirilib. Bu il mənim səfərim çərçivəsində Azərbaycan Respublikasında Rusiya Mədəniyyəti Günlərinin açılış mərasimində iştirak etmək mənim üçün xüsusi şərəf və zövq oldu”.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR