Lavrovla danışıqdan dərhal sonra Mnasakanyanın əhvalı pisləşib
Ermənistanın Xarici İşlər Naziri Zoqrab Mnasakanyanın əhvalı iş yerindəcə qəflətən pisləşib və XİN əməkdaşları təcili yardım çağırmaq məcburiyyətində qalıblar. SİA Ermənistana məxsus tert.am saytının yayımladığı məlumata istinadən xəbər verir ki, bu barədə “168 jam” qəzetində yazı dərc olunub.
Məlumata görə, nazirliyə gələn həkimlər lazımi yardım göstəriblər və aydın olub ki, nazirin arterial təzyiqi qəfil artıb. XİN-ə olan mənbələrin erməni mətbuatına verdiyi məlumata görə nazir əhvalı pisləşmədən bir az öncə, öz təşəbbüsü ilə Rusiyalı həmkarı Sergey Lavrovla çox ağır telefon danışığı aparıb.
Telefon danışıqlarının ayra-ayrı detalları və təfərrüatları barədə məlumat vermək mümkün deyil. Amma bəllidir ki, telefon danışığı erməni nazir üçün arzu olunan şəkildə getməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət