Slimfit
  1. TEXNOLOGİYA

Kvadrokopter və yerüstü nəqliyyat vasitəsinin hibridi yaradılıb

Kvadrokopter və yerüstü nəqliyyat vasitəsinin hibridi yaradılıb
Sakura

Kvadrokopter və yerüstü nəqliyyat vasitəsinin hibridi yaradılıb

İsrail mütəxəssisləri kvadrokopter rejimində uçan və səth üzərində avtomobil kimi hərəkət edən qurğu yaradıblar. Bu barədə Ben-Qurion Universitetinin saytında dərc edilən məlumatda deyilir. 

"ICTnews" Elektron Xəbər Xidməti "Regnum" resursuna istinadən yazır ki, bu növ ilk texnika nümunəsi olan konstruksiya "FSTAR" (flying sprawl-tuned autonomous robot) adlanır. Eksperimental robot dron səth üzərində saniyədə 2,6 metr sürətlə hərəkət edir və ya seçilmiş istiqamət üzrə havaya qalxaraq uçur. Bu məqsəd üçün qarşıya qoyulmuş tapşırıqdan asılı olaraq dörd hava vintini və ya dörd təkəri hərəkətə gətirən eyni kollektorsuz mühərriklərdən istifadə olunur. "FSTAR" korpusu transformasiya etmək qabiliyyəti sayəsində yerdə hərəkət və en və hündürlüyün dəyişməsi ilə əlaqədar tunelə daxil olmaq üçün kvadrokopterin düz konstruksiyasını daha kompaktı ilə əvəzləyə bilir.

Robot yaradıcıları qeyd edir ki, universal xüsusiyyətlərə malik qurğunun mühərrikləri az enerji sərf edir. Hazırda "FSTAR" qurğusunun yükgötürmə qabiliyyəti 400 qram təşkil etsə də, bu, artıq indidən ondan geniş spektrli tapşırıqların yerinə yetirilməsi üçün istifadəyə imkan verir. Konstruktorların məlumatına görə, texniki qurğu axtarış-xilasetmə əməliyyatları, binalara texniki xidmət və onların təmizlənilməsi, müxtəlif təmir işləri və videoçəkiliş sahələrində tətbiq edilə bilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR