Slimfit
  1. CƏMİYYƏT

“Kritik dalğaya qarşı hazırlıqlı olmalıyıq” - Rəşad Mahmudov

“Kritik dalğaya qarşı hazırlıqlı olmalıyıq” - Rəşad Mahmudov
Sakura

“Kritik dalğaya qarşı hazırlıqlı olmalıyıq” - Rəşad Mahmudov

“Bu gün yaxın qonşularımız Rusiya, İran, Gürcüstan və Türkiyədə “Delta” və “Delta+” virusunun tüğyan etməsi hər bir səhiyyə işçisini narahat edir. Ümumdünya Səhiyyə Təşkilatının mayın sonunda keçirilən toplantısında həyəcan təbili çalındı və dünya ölkələri hazırlıqlı olmağa dəvət edildi. Arzu edək ki, bizim ölkəmizdə pandemiya ilə bağlı vəziyyət indiki şəkildə davam etsin. Amma epidemoloji tarix və bildiklərimiz bizə diktə edir ki, belə hadisələrə hazır olmaq məsuliyyəti daşıyırıq”.

Ens.az xəbər verirki,bu sözləri Reyting.az-a Milli Məclisin deputatı, həkim Rəşad Mahmudov son günlər dünyada COVİD-19 virusunun yenidən fəallaşması və virusa yoluxanların artmasından danışarkən deyin.

Onun sözlərinə görə, ölkənin səhiyyə sistemi COVİD-19-un yeni dalğasına qarşı hazırlıqlar görür: “Əlbəttə, burada dövlətin gördüyü işləri müsbət qiymətləndirmək lazımdır. Ancaq həm də nəzərə alınmalıdır ki, hər şey cəmiyyətin epidemeloji vəziyyətə olan münasibətilə başlayır. Artıq ilyarımlıq təcrübə göstərir ki, dünya ölkələri bu vəziyyətdə və böyük dalğalar qarşısında ciddi qapanmalara getməyəcəklər. Ancaq bunun yerinə daha əvvəl bilinməyənləri bu gün bilirik. Cəmiyyətin hər bir üzvünün ayrı-ayrılıqda və kütləvi şəkildə bu məsələyə olan münasibəti əsas gedişata, xüsusilə virusun alovlanması zamanı hadisənin nəzarətdə saxlanılmasına kömək edən vasitədir. Odur ki, mən arzu edirəm ki, belə hallar ölkəmizdə olmasın, ancaq hər an ola biləcək dalğalara hazır olmaq məsuliyyəti daşıyırıq”.

R. Mahmudov daha bir vacib məqama toxunaraq əlavə edib ki, tibbi nöqteyi-nəzərdən bu xəstəliklə mübarizədə səhiyyə çox şeyi öyrənib: “Bir il əvvəl kömək edə bilməyəcəyimiz ağır xəstələr bu gün reanimasiyaya düşdükdə vəziyyətdən çıxarıla bilirlər. Əfsuslar olsun ki, insanlar səhiyyəyə qarşı bu inamı qazandıqdan sonra qripal şikayəti başladığı dəqiqədən və COVİD-19 diaqnozu qoyulan insan anında xəstəxanada yatmağa səy göstərir. Əlbəttə, insanlarımız belə səylər göstərə bilər, lakin bu, Azərbaycan səhiyyəsi üçün böyük fəsadlar gətirə bilər. 

Biz, 90 faiz xəstəxanalara ehtiyacı olmayan insanları lazımsız yerə xəstəxanaya yatırmaqla əsl ehtiyacı olan 10 faizi - hansı ki onlara tibbi xidməti ən yüksək səviyyədə göstərmək lazımdır - yatıra bilməyəcəyimiz üçün problemlə qarşılaşa bilərik. Ona görə də, saturasiyası 90-nın altına düşməyən, ciddi ağciyər tutulması olmayan insanların xəstəxanalara yatırılması dünyada qəbul edilməyən reallıqdır. Bu, Azərbaycan tibbinin və səhiyyəsinin öz davamlığı üçün vacib məqam olduğundan onu dilə gətirməyi özümə borc bilirəm. Ümid edirəm ki, cəmiyyətimiz, xəstəxanalarımız, insanlarımız da buna əməl edərək gələcəkdə ola biləcək kritik dalğa qarşısında daha hazırlıqlı olar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR