Slimfit
  1. MƏŞHURLAR

Kral ailəsindən yeni gəlinin ən sevdiyi yeməyə məhdudiyyət

Kral ailəsindən yeni gəlinin ən sevdiyi yeməyə məhdudiyyət
Sakura

Kral ailəsindən yeni gəlinin ən sevdiyi yeməyə məhdudiyyət

Bu ilin may ayında Şahzadə Harri ilə ailə həyatı quran aktrisa Meqan Markl Krallığın yemək qaydalarına uyğunlaşmağa çalışır. Lakin məlum olub ki, M.Marklın sevdiyi bəzi məhsullar Kral ailəsi üzvləri üçün qadağandır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, M.Marklın ən sevdiyi yeməyə kral ailəsindən məhdudiyyət qoyulub.

Belə ki, əvvəlki müsahibələrində o, yemək bişirməyi və yeməyi sevdiyini deyib. İndi isə Şahzadə Harri üçün özü yemək bişirmək istəyir. Ancaq onun bəzi qida məhdudiyyətlərinə əməl etməsi lazımdır.

Kral ailəsinin keçmiş aşpazı Darren MCGrady səhhətinə diqqət edən kraliçanın sarayda kartof, düyü, makaron kimi yeməkləri qadağan etdiyini bildirir. Sarımsaq və soğana isə məhdudiyyət qoyulub.

M.Marklın ən çox sevdiyi yemək isə Filipin souslu toyuqdur. Bu yeməyi hazırlamaq üçün çoxlu sarımsaq lazımdır.

M.Markl 2013-cü ildə verdiyi müsahibələrin birində dəniz məhsulları ilə makaron yeməyi sevdiyini bildirib. Ancaq dəniz məhsulları və çiy ət zəhərlənmə təhlükəsinə görə Kral ailəsində qadağandır.

M.Marklın sarımsaqlı yeməklər yeməsinə bir tədbir olmadığı zamanlarda icazə verilir. Hələ ki, M.Markl ən sevdiyi Filipin souslu toyuğu yeyə bilir.

 

Gülxar

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR