Kişilər bu qadınları heç zaman tərk etmirlər
Hər bir kişi bəyəndiyi xanımla rahat tanış olmaq və münasibət qurmaq istəyir. Eyni zamanda, bəyəndiyi xanımda yaxşı xüsusiyyətlərin cəmlənməsini arzu edir. “Gencaile.az" kişilərin əsla tərk etmək istəmədiyi qadın tiplərini təqdim edir:
Qızıl ürək: Kişilərin çətin günlərində qadınlar adətən öz işlərində-güclərində olurlar. Kişilər isə onları başa düşə bilən, dərdinə yanan qadınlar arzulayırlar. Və bu cür qadınları qətiyyən tərk etmək istəmirlər.
Yumor hissi olan qadınlar: Qarşınızdakı kişinin üzünü güldürən məsələlərə reaksiya verməlisiniz. Əgər çox da zarafatcıl insan deyilsinizsə, gülüşünə hörmət əlaməti olaraq təbəssümlə cavab vermək də bir jestdir.
Ağıl və özünə olan inam: kişilər ağıllı qadınları yola gətirməkdə çətinlik çəkirlər. Amma bu, qısa müddətli münasibətlər üçün keçərlidir. Əgər qarşınızdakı kişi uzun müddətli və ciddi münasibət axtarırsa, ağılınız sizi daha cazibədar göstərəcək.
Ehtiras: Bir kişinin sevdiyi qadına ehtiras və şəhvət hiss etməsindən təbii heç nə ola bilməz. Pozitiv enerjinizi ona ötürərək birlikdə olduğunuz hər anı əyləncəli edə bilərsiniz.
Gözəl sima: Tanış olduğunuz kişi sizi makiyajsız görəndə qorxmamalıdır. Bunun üçün görüşə gedəndə üzünüzü boyalarla tanınmaz hala salmayın.Unutmayın, kişilər təbii gözəlliyə çox önəm verir.
İdeal bədən: Kişinin sizdə diqqət etdiyi ikinci məsələ bədən quruluşunuzdur. Sinəniz, ayaqlarınız, ya da boynunuzun uzunluğu onu cəzb edə bilər. Kişini əldən buraxmaq istəmirsinizsə, hər zaman ideal görünməyə çalışın.
Çəkicilik: Bir kişinin sizi görməsini istəyirsinizsə, ilk olaraq xarici görkəminizə fikir verməlisiniz. Kişiyə təsir etmək üçün çəkici olmalısınız.
Hörmət: Onu aşığılayan zarafatlar böyük dezavantajdır. Buna diqqət etməlisiniz. Bu cür hərəkəti bütün kişilər hörmətsizlik və tərbiyəsizlik kimi qəbul edir.
Dürüstlük və inam: Qarşınızdakı insanın uzun müddət yanınızda olmasını istəyirsinizsə, ona inanmalı və ona qarşı dürüst olmalısınız. Keçmişdə həyatınızda baş verənləri, pis xatirələrinizi ilk günlərdə deyil, bir-birinizi tanıdıqdan sonra yavaş-yavaş paylaşa bilərsiniz.
Sevgi: Bəzi kişilər xoşbəxtliyini ilk 3 maddədə tapa bilir. Bəzi kişilərin qəlbini isə sevgidən başqa heç nə ilə ələ almaq mümkün olmur. Sədaqətli, gözəl, şəfqətli, qayğıkeş və ən əsası olan aşiq olan qadın tapdıqlarında həsrətində olduğu xoşbəxtliyə çatmış olurlar.
[haber=934]
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət