Kinostudiyada Tofiq Tağızadənin “evi" olacaq
Martın 14-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Xalq artisti, görkəmli kinorejissor Tofiq Tağızadənin vaxtilə çalışdığı yaradıcılıq otağının açılışı olacaq.
Bu barədə Lent.az-a “Azərbaycanfilm”in direktoru Müşfiq Hətəmov məlumat verib.
Bildirib ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığından danışılacaq, mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.
Qeyd edək ki, bu il yanvarın 24-də Prezident İlham Əliyev görkəmli rejissorun 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, bununla əlaqədar tədbirlər planının Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət