Slimfit
  1. GÜNDƏM

Kərkükdən Ordumuza dəstək: Canımız qurban!

Kərkükdən Ordumuza dəstək: Canımız qurban!
Sakura

Kərkükdən Ordumuza dəstək: Canımız qurban!

Ermənilərin Azərbaycanda qardaşlarımıza etdiyi hücumu şiddətlə qınayırıq.

Bu sözləri İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi Axar.az-a Tovuzda baş verən son olaylarla bağlı danışarkən deyib.

Ərşad Salehi deyib ki, İraq Türkman Cəbhəsinin başqanı və İraq parlamentinin millət vəkili olaraq, Ermənistanın bu addımını insan hüquqlarına və beynəlxalq hüquqa qarşı törədilmiş cinayət olaraq dəyərləndirir:

“Ermənistan öz daxilində olan problemləri başqalarına da sövq etmək üçün bu kimi provokasiyalara əl atır. Ermənistan bu əməllərinə görə beynəlxalq ictimaiyyət önündə cavab verməlidir. Biz İraq türkləri olaraq hamımızın bu coğrafiyanın bir parçası olduğumuzu dilə gətirir, bütün varlığımızla qardaşlarımızın yanında olduğumuzu xatırladır və bu cinayəti şiddətlə qınadığımızı bildiririk. Can Azərbaycanımıza canımız qurban! O torpaqlar türk torpağıdır. Beynəlxalq ictimaiyyətin qısa bir zamanda işğalçı Ermənistanı bu addımına görə cəzalandırması labüddür”, – deyə türkman lider bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR