Slimfit
  1. MARAQLI

Kanadalı modelyer insan dərisindən ayaqqabı hazırladı

Kanadalı modelyer insan dərisindən ayaqqabı hazırladı
Sakura

Kanadalı pank-brend “Fecal Matter” cəlbedici makiyaj, parlaq paltar və ayaqqabı ilə məşhur idi

Ölkə.Az” xəbər verir ki, şirkət yeni səviyyəyə keçərək insan dərisi və barmağından hazırlanmış kimi görünən ayaqqabı istehsalına başlayıb.

Oxraşlıq o qədər çoxdur ki, şirkətin məhsulları sosial şəbəkədə geniş rezonansa səbəb olub. Bir çoxları bu fotolara baxarkən ciddi narahatçılıq keçirdiklərini, bəziləri isə ürəklərinin bulandığını yazıblar.

Hər pankın geyinməyə cürət etməyəcəyi çəkmələr çox bahadır. Bir çəkmənin qiyməti 10 min dollardan başlayır. Bundan başqa uzun qoyma buynuzlar da təqdim edilir.

Əvvəlcə ayaqqabılar fotoşop proqramı vasitəsilə hazırlanıb. Sonra isə fantaziya reallığa çevrilir. Brendin hazırda İnstaqramda 340 min izləyicisi var. Məşhur “Vogue” jurnalı da bu ayaqqabılar haqqında yazıb.

Ayaqqabı dizayner Hanna Rouz Dalton və Stiven Rac Bxaskarana məxsusdur. Onların fikrinə görə, ideya bədənə olan modifikasiya tendensiyasını əks etdirir:

“Biz bu yadplanetli dizaynı əvvəlcə fotoşopda hazırladıq. Sonradan isə reallığa çevirdik”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR