Slimfit
  1. AZƏRBAYCAN

İrəvanın tarixi mərkəzi hara yoxa çıxıb

İrəvanın tarixi mərkəzi hara yoxa çıxıb
Sakura

İrəvanın tarixi mərkəzi hara yoxa çıxıb

Oktyabr ayının 20-də Sputnik radiosunun efirində Ermənistanın İctimai radiosunun direktoru Mark Qriqoryan bildirib: “Yerevanda köhnə şəhərdən əsər-əlamət qalmayıb, qədimliyin şahidləri, qədim binalar, küçələr, qalıqlar bütün şəhər üzrə səpələnib”. Həqiqətən, Qafqaza səyahət edənlərin çoxunda belə bir sual yaranır, nə üçün Tbilisi və Bakıda qədim şəhərin hissələri saxlanıb, Yerevanda isə tarixi binaların yerində sovet dövründə inşa edilmiş konsert zalları, kinoteatrlar və s. qalıb.

İş burasındadır ki, indiki Yerevan Şərqdə islam memarlığının mirvarisi kimi qürur duyan gözəl İrəvan qalasının qalıqları üzərində tikilib. Yerevanın müsəlman və türk keçmişinin sübutu isə rus rəssamı Frans Rubonun “1827-ci il 1 oktyabr tarixində İrəvanın qalasının  təslimi” adlı rəsm əsəri hesab olunur ki, burada İrəvan qalası, onun məscidlərinin qübbələri, minarələr, xan sarayı və şərq müsəlman geyimində sakinləri əks olunub.

Yerevanın tarixi mərkəzi - orta əsr İrəvan qalasının məhvindən sonra sovet Ermənistanında eramızdan əvvəl əsası qoyulmuş Erebuni/Yerevan haqqında mif uydurdular. Qismən saxlanmış İrəvan qalası sovet dövründə ermənilər tərəfindən məhv edilməyə başlandı, bu dövrdə şəhərin müsəlman və türk keçmişini xatırladan saraylar, məscidlər, hamamlar və tikililəri dağıtdılar. 1936-cı ildə şəhərı adı Yerevan kimi dəyişdirildi ki, bu da burada üstünlük təşkil edən müsəlman mədəniyyəti, bu ərazidə yerləşən məscidlər, karvansaraylar, imarətlər, hamamlar və islam arxitekturasının ictimai binaları haqqında istinadı belə silməli idi.

Tarixi binaları təkcə Yerevanda deyil, Moskva və dünyanın bir çox ölkələrində də dağıdırdılar. Amma əgər rusiya paytaxtında söhbət inşaat biznesinin gəlirlərindən gedirdisə, Yerevanda tarixlə sırf ideloji düşüncəyə görə divan tuturdular. Təəssüf ki, qədim şəhərlərin tarixi görünüşünün saxlanması haqqında çox vaxt onun məhvindən sonra düşünürlər və tarixçilərə ancaq məhv olmuş memarlıq şah əsərlərinin siyahısını tərtib etmək qalır.

Bir neçə faktı da nəzərinizə çatdıraq. 70-ci illərin ikinci yarısında qırmızı kxmerlər “kökə qayıdış” adı altında Kambocanın 3000 məbədini məhv etdilər, ilahi kitablar və digər dini əşya və artefaktlar və abidələrə düzəldilə bilməyən zərər vurdular. Faşistlər İkinci Dünya Müharibəsinin sonunda I Fridrix Vilheml tərəfindən I Pyotra hədiyyə edilmiş Kəhrəba Otağını məhv etdilər. 2012-i ildə terrorist-tuareqlər Malinin şimalındakı XI əsrin arxeoloji abidəsi olan Qao-Saneyi taladılar və partlatdılar. Taliblər Əfqanıstanın Milli muzeyinin kolleksiyasını taladılar və məhv etdilər, 2001-ci ildə VI əsrin iki nəhəng Budda heykəlini partlatdılar.

2014-cü ildə İŞİD Mosulda imam Aun əl-Dinin məzarini məhv etdilər. Ümumiyyətlə, işidçilər İraqda, həmçinin eramızdan əvvəl qədim Assuriyanın paytaxtı olmuş Horsabadda bir çox abidələri məhv etdilər. 2015-ci ildə onlar artıq Suriyada qədim Palmir abidələrin məqsədyönlü məhvinə başladılar.

Bu siyahını davam etdirmək olar və təəssüf ki, onların bir bəndi Yerevann baş planının icrası zamanı məhv edilmiş İrəvan qalasının və qədim şəhərin yüzlərlə tikilisi olacaq ki, burada ideoloqlar şəhəri islam dünyası mədəniyyəti üstünlük təşkil edən tarixi mərkəzindən məhrum edə bildilər. 

 

Mənbə: Vestnik Kavkaza

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR