Slimfit
  1. DÜNYA

İran Fransa vətəndaşlarını azad etmək niyyətində deyil

İran Fransa vətəndaşlarını azad etmək niyyətində deyil
Sakura

İran Fransa vətəndaşlarını azad etmək niyyətində deyil

İran hökuməti saxladıqları Fransa vətəndaşlarını azad etmək niyyətində deyil.

Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Fransa prezidenti Emanuel Makronun ötən gün səsləndirdiyi bu tələbin qəbuledilməz olduğunu bildirib.

“İranın suveren ölkə olduğunu fransızlar unutmasınlar. Nə hökumətimiz, nə də məhkəmələrimiz kimdənsə məsləhət almır. Daxili işlərimizə müdaxilələr bizim üçün yolverilməz sayılır”, - A.Musəvi deyib.

Xatırladaq ki, “Science Po” Siyasi Araşdırmalar İnstitutunun əməkdaşları - Fransa vətəndaşı Roland Marşal və Fransa və İran vətəndaşı Fəribə Adilxah ölkənin milli təhlükəsizliyinə xələl gətirməkdə ittiham edilərək müvafiq olaraq bu ilin iyul və oktyabr aylarında həbs edilmişdilər. Bunu “yolverilməz vəziyyət” kimi dəyərləndirən Fransa Xarici İşlər Nazirliyi qarşı tərəfi dəfələrlə həmin şəxsləri azad etməyə çağırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR