Slimfit
  1. TEXNOLOGİYA

iPhone X – Apple şirkətinin ilk OLED displeyli smartfonu

iPhone X – Apple şirkətinin ilk OLED displeyli smartfonu
Sakura

iPhone X – Apple şirkətinin ilk OLED displeyli smartfonu

Beləliklə gözləndiyi kimi Apple dünyaya iPhone X smartfonunu təqdim etdi. Onların sözünə görə məhz bu smartfon sənayeni daha 10 il irəliyə aparacaq. Şirkətin baş dizayneri Conatan Ayv iddia edir ki, Apple həmişə özündə ekranı təcəssüm etdirən, toxunmaya, səs və hətta baxışa reaksiya verən aparat hazırlamağa cəhd edib. iPhone X smartfonunda məhz buna nail olunub.

 Apple uzun meddət OLED displeylərin öz smartfonlarına tətbiqindən yayınıb, lakin sonuncuların kompaktlığı, enerji effektivliyi və elastik altlığının üstünlüyü artırılıb. iPhone X-də 5,8 dyümlü, 2436x1125 pikselli (458 ppi) və HDR dəstəkli (Dolby Vision və HDR10) OLED ekran tətbiq olunub. Kontrast səviyyəsi 1-ə 1000000, parlaqlıq – 625kd/m2-dir, 3D Touch, True Tone, çərçivənin hər iki tərəfindən 50% şüşə ilə möhkəmləndilmiş oleofob örtük (sonuncu IP67 standartı ilə rütubət və tozdan qorunub) əldə edib. Bütün bunları şirkət Super Retine HD adlandırır.

Ekran yuxarıdakı kiçik hissə istisna olmaqla ön sahəni bütünlüklə əhatə edir. Orada Apple dinamik və ötürücü və kamera massivini yerləşdirib ki, onlar Face ID üzlə identifikasiya texnologiyasının işini təmin edir. Bu texnologiya köhnə “Evə” düyməsində yerləşən daktiloskopik ötürücünün əvəzinə gəlib. Face ID nəinki istifadəçinin telefonu blokdan açması zamanı, həmçinin ödənişlərin təsdiqi zamanı da istifadə olunur. Şirkət təsdiq edir ki, bu funksiya həm gündüz, həm də gecə işləyir, xəta ehtimalı çox azdır.

Face ID ayarlanması asan olan TrueDepth kamerasının hesabına işləyir: o insanın görmədiyi 30min görünməz nöqtəni proyeksiya edir və sonra üzün dərinliyinin dəqiq xəritəsini hazırlamaq üçün onları analiz edir. Bu da fonda yan tərəf effektli, həmçinin üzün studiya işıqlanması (sonuncu istifadəçilərə hələlik beta rejimdə təqdim olunacaq) ilə daha keyfiyyətli avtoportretlərin çəkilməsinə imkan verir.  

Nəhayət animasiya olumuş smaylların hazırlanması – Animoji texnologiyası (hələlik 12 smayl var) tətbiq olunur. Kamera real rejimdə insanın üzünün 50 müxtəlif əzələlərinin hərəkətini qeyd edir, sonra isə bunun əsasında istifadəçinin səsini əlavə edərək emotikonları animasiya edir.

Ön kamera arxa işıqlanmalı 7 meqapikselli sensor, fləş, f/2,2 diafraqmalı obyektiv, şəklin proqram səviyyəsində stabilləşdirilməsi, avtomatik HDR rejimi, həmçinin 1080p ölçüsündə video yazılmasının dəstəyi ilə təchiz edilib.

İkili arxa kamera iPhone 7-dən daha yaxşı oldu: o hər iki obyektivdə optik stabilləşdirmə (f/1,8 diafraqmalı geniş bucaqlı və f/2,4 diafraqmalı telefoto) əldə etdi. Hər iki kamera “daha dərin pikselli” və yeni rəng filtrli böyüdülmüş və sürətli 12 meqapikselli sensorla təchiz olunub. Bütün bunlar zəif işıqlanma zamanı daha yüksək işıq həssaslığını və müvafiq olaraq keyfiyyəti təmin edir. Əlbəttə ki, ön kameradakı kimi yeni studiya işıqlanması ilə portret rejimi mövcuddur. İki tonlu, dörd ledli True Tone fləşini də unutmaq lazım deyil.

Apple şirkətinin dediyinə əsasən bazarda mövcud olan smartfonlar arasında ilk dəfə saniyədə 60 kadrla 4K video yazılması (HEVC – H.265 formatında sıxlaşdırma zamanı optimal keyfiyyət üçün axının analizi ilə) dəstəklənir. Yavaşladılmış video çəkiliş həvəskarlarının da sevinməyə səbəbi var, axı saniyədə (son nəticədə 1080/30p videodursa, onda 8 dəfəli yavaşlamaya nail olunur) 240 kadrlı yazma rejimi əlavə olunub. Bununla yanaşı videonun yazılması zamanı 8 meqapikselli şəkil çəkmək olar, 1080p və ya 720p ölçülərində yazılma zamanı isə optik gücləndirilmiş proqram stabilləşdirməsini əlavə olaraq istifadə etmək olar.

Əlbəttə ki, əsas yeniliklərdən biri birkristallı A11 Bionic sistemidir. O 6 nüvəli prosessordan ibarətdir: 2 güclü hesablama nüvəsi (A10 Fusion ilə müqayisədə 25% daha sürətli) və 4 enerji effektivli (A10 ilə müqayisədə 70% daha sürətli) nüvə, üstəlik 6 nüvənin hamısı eyni zamanda Turbo rejimdə istifadə oluna bilər.

 

Həmçinin çip bu dəfə Apple şirkətinin özü deyil, Imagination Technology tərəfindən layihələndirilmiş qrafik gücləndiridən ibarətdir. O iPhone 7-də istifadə olunan GPU-dan 30% daha sürətlidir, əvvəlki məhsuldarlığında isə iki dəfə daha az enerji tələb edir. Əlavə olaraq qrafikanın effektivliyi API Metal 2 sayəsində artırılacaq, bunun hesabına istehsalçılar cihaza daha birbaşa giriş əldə edəcək.

 

A11 yeniliyi neyron mühərrik – maşın tədrisi və süni intellektlə əlaqədar hesablamaların sürətləndirilməsi üçün saniyədə 600 milyard əməliyyat məhsuldarlığı ilə xüsusi 2 nüvəli aparat blokudur. Əlavə olunmuş reallıq, Face ID üz analizi, müxtəlif portret rejimli kamerala, həmçinin animasiyalı smayllar – bütün bunlar neyron mühərrik hesabına sürətlənir. Hərəkətlərin yaxşılaşdırılmış soprosessoru M11, həmçinin şəkil emalının əhəmiyyətli dərəcədə daha güclü prosessoru (məhz o 4K/60p-ni HEVC-ə effektiv sıxışdırılmasını və digər yenilikləri təmin edir) var.

Təəssüf ki, iPhone X-də dörd metrə qədər doldurma dəstəyi yaranacağı şayələri yalan oldu: Apple Qi adlı adi simsiz doldurma standartını inteqrasiya etdi. Bunun hesabına yeni smartfon çoxlu mövcud doldurma cihazlarını dəstəkləyəcək. Yeni Apple Watch saatları və yenilənmiş AirPods qarnituru həmçinin Qi dəstəyini əldə edib.

 

Simsim standartlar arasında LTE şəbəkəsi, MIMO texnologiyalı Wi-Fi 802.11ac, Bluetooth 5.0, oxuma rejimli NFC var. Smartfon rəqəmsal kompas, Wi-Fi, mobil rabitə qüllələri və iBeacon məlumatları ilə yerin müəyyən olunması üçün əlavə olaraq istifadə olunan GPS, GLONASS, Galileo və QZSS qlobal mövqe təyinetmə sistemlərini dəstəkləyir.

Smartfon iPhone 7 ilə müqayisədə bir az artıq işləyir: danışıq rejimində 21 saat, İnternet istifadə olunduqda 12 saat, 13 saat video oynatma və 60 saata qədər audio oynatma. iPhone X gümüşü və tünd boz rəng çalarlarında 64Qb və 256Qb variantlarında olacaq. Zəif versiya təxminən 1000 dollardan başlayacaq. Smartfonun ölçüləri 70,9x143,6x7,7mm, çəkisi 174 qramdır. Yəni cihaz iPhone 7/8 Plus-dan kiçik, iPhone 7/8-dən böyükdür.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR