Slimfit
  1. TEXNOLOGİYA

"İnstagram"-dan möhtəşəm yenilik gəldi

"İnstagram"-dan möhtəşəm yenilik gəldi
Sakura

"İnstagram"-da daha bir yenilik əlavə edilib.

Metbuat.az xəbər verir ki, dünyanın ən çox istifadə olunan sosial şəbəkələrindən olan "İnstagram" son zamanlarda yeni güncəlləmələr ilə birlikdə yeni özəlliklərə sahib oldu.

Güncəllənmiş yeni kamera interfeysi, yeni etiketlər və yeni alış-veriş özəlliklərinə sahib olan "İnstagram"-da daha bir yenilik əlavə edildi. Artıq "İnstagram" yeni "məlumat qənaəti" özəlliyinə sahib olacaq. Bu yenilik sayəsində istifadəçilər görüntülərə toxunmadığı müddətcə görüntülər yüklənməyəcək. Beləliklə, görmək istəmədiyiniz görüntülərə internet sərf olunmayacaq. Bu özəllik istəyə görə aktivləşdirilə və deaktiv edilə biləcək.

İnternet sürəti zəif olan istifadəçiləri nəzərə alaraq edilən bu yenilik ilkin mərhələdə yalnız "Android" cihazlarda istifadəyə veriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR