Slimfit
  1. ARAŞDIRMA

İnsanlar ateistlərin "daha əxlaqsız" olduğunu düşünürlər

İnsanlar ateistlərin "daha əxlaqsız" olduğunu düşünürlər
Sakura

Ateistlər hətta dünyəvi "dövlətlərdə potensial cəhətdən əxlaqdan daha uzaq və daha təhlükəli" kimi qəbul…

Yeni araşdırmaya əsasən şəxsi əxlaq dəyərlərinə qiymət verməyə gəlincə bəzi ateistlər belə "antiateist qərəzinə" əsaslanır.

Ateistlərə dair qərəzli münasibət inanclıların sayı yüksək olan BƏƏ, ABŞ və Hindistan kimi ölkələrdə daha güclü olub. Yalnız Yeni Zelandiya və Finlandiyada onlara qarşı aydın qərəzlilik nəzərə çarpmayıb.

Araşdırma iştirakçılarına verilən suallardan biri belə olub: "Uşaqlıqda heyvanlara işgəncə vermiş və müəllim olandan sonra beş evsiz insanı qətlə yetirən şəxsin dindar yoxsa ateist ola biləcəyini düşünürsüz?"

Tədqiqat qrupları boyunca ateistin qatil tanınması ehtimalı iki qat artıq olub.

"Ateistlərə qarşı intuitiv qərəzliliyin hətta ateistlər arasında mövcud olması inanılmazdır", - AFP agentliyinə danışan tədqiqatın həmmüəllifi, Kentucky universitetinin professoru Will Gervais bildirir.

"Zənnimcə bu dindarlığın üstünlüyü barədə dərin kök salmış normalardan irəli gəlir".

Beynəlxalq alimlər qrupunun apardığı araşdırmanın nəticələri Nature Human Behaviour jurnalında dərc olunub.

Elmi tədqiqatda 5 qitə və 13 ölkəni təmsil edən 3 min adam iştirak edib.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR