Slimfit
  1. TEXNOLOGİYA

İnsan tüpürcəyi ilə dolan batareya

İnsan tüpürcəyi ilə dolan batareya
Sakura

İnsan tüpürcəyi ilə dolan batareya

Təsəvvür edin səhradasınız və telefon batareyası boşalıb. Elektrik enerjisi də, günəş enerjisi də yoxdur. Burada siz son vasitə olan – tüpürcəklə batareyanı doldurursunuz.

Belə ideyanı Binqementon universitetinin tədqiqatçıları təklif edib. Onlar tüpürcəkdən dolan batareya hazırlayıblar.

Bu ixtira – elektrik enerjisi bakteriyalarla hazırlanan mikroblu enerji mənbəyi üçün növbəti addımdır. Yeni növ batareyanın əsasını adi kağız təşkil edir. Alimlər öz sərhədlərindən kənara elektrik göndərməyi bacaran qeyri-aktiv donmuş hüceyrələr yaratdılar. Bu ekzoelektrogen hüceyrələri adi tüpürcəklə islatmaq olar, bu zaman onlar elektrik generasiya etməyə başlayırlar.

Növbəti addım – hər kvadrat sm-ə daha çox vatt əldə edərək belə batareyaların elektrik gücünü artırmaqdır.

“Hazırda bizdə güc kvadrat sm-ə cəmi bir neçə mikrovattdır. Bir kağız vərəqdə yerləşdirilmiş  16 mikroblu yanacaq elementi işıq diodu və digər az enerji tələb edən cihazları qidalandırmaq üçün kifayət qədər gərginlik generasiya olunur”, - cihazın ixtiraçısı professor Son-hen Çoy deyir.

Hələlik telefonda belə batareyanı gözləmək lazım deyil, lakin əgər o artıq diodu yandıra bilirsə, gələcəyi var.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR