Slimfit
  1. KİTABLAR

Sağlam qidalanmanın fransız qaydaları: dişlər, dil və dad reseptorları

Sağlam qidalanmanın fransız qaydaları: dişlər, dil və dad reseptorları
Sakura

Sağlam qidalanmanın fransız qaydaları: dişlər, dil və dad reseptorları

Dil vəhdət təşkil edən 12 kiçik əzələdən ibarətdir. Dilin hərəkətliliyi bizə tələffüzə kömək edir.

Dilin üst səthində dad gilələri yerləşib. Bu kiçik çıxıntıları güzgüdə görmək mümkündür. Onlar dada həssas olan xırda hüceyrələrdən ibarətdir. Bu gilələrin forması müxtəlifdir: çoxluğu təşkil edən sapabənzər, dilin uclarında yerləşən göbələkvari və kasaya oxşayan kasavari olanlar seçilir. Sonuncular V hərfinə bənzəyir və ən böyükləridir, geriyə yönlənənlərin sayı isə doqquzdur. Bundan başqa dilin yan hissələrində yarpağabənzər və ya mərcanvari gilələr yerləşib.

Dad gilələri həmçinin yanağın daxili səthlərində, damaqlarda, yumşaq damaqda və hətta damaq dilində də var. Onların hamısı nazik hissiyyat sinirləri ilə birləşib.

32 diş

Onlar yuxarı və aşağı çənədə yerləşib ( 8 kəsici diş, 4 köpək dişi, 8 premolyar və 12 molyar). Dişlər bizə təkcə gözəl gülüşü nümayiş etdirmək üçün lazım deyil. Onlar çeynəmək, qidanı doğramaq, qidanı payta forması və hətta maye formasına salmaq üçün lazımdır.

Əvvəlki hissə: Sağlam qidalanmanın fransız qaydaları: dad sistemi

Növbəti hissə: Sağlam qidalanmanın fransız qaydaları: 6 tüpürcək vəzisi

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR