Slimfit
  1. KİTABLAR

Sağlam qidalanmanın fransız qaydaları: dad sistemi

Sağlam qidalanmanın fransız qaydaları: dad sistemi
Sakura

Çeynəmə - tüpürcəyin ayrılması – Həzm prosesi

Bizim dad sistemimizin necə olduğunu nə dərəcədə düzgün təsəvvür edirik? Əlbəttə ki, yox. Biz o qədər tələsik və anormal qidalanırıq ki, yediyimiz qidaların dadına fikir vermirik. Biz belə edərkən heyvandan fərqlənmirik. Onlar yeməyi dadmağa vaxt sərf etmirlər, sadəcə udurlar. Biz də eyni formada edirik. Daha yaxşı aydınlaşdırmaq üçün qısaca bizə nəfəs almağa, yeməyə, danışmağa, fit çalmağa, oxumağa və s. imkan verən nəfəs və  udma funksiyalarına cavabdeh olan bədən orqanlarını yada salaq. Bu möhtəşəm mexanizmdir, lakin o tüpürcək kifayət qədər ifraz olunmadıqda, diş düşdükdə və ya nəfəs almaqda çətinlik çəkdikdə katastrofik olaraq məhv ola bilər. Biz məhsulların dadını hiss etmiriksə, onu udmaq bizə çətin olur, onlar qida borusunda ilişib qalır və çətinliklə mədəyə düşür. Bir neçə saniyəlik təsəvvür edin ki, sizin diliniz yoxdur və danışıb-yeyə bilmirsiz, dadı hiss etmirsiniz və udmaq iqtidarında deyilsiniz. Sizdə daim tüpürcək çatışmır, siz içirsiniz, amma içməyə olan ehtiyacınızı təmin edə bilmirsiniz. ENT orqanları xərçəngindən əziyyət çəkən xəstələr tüpürcək vəzilərinə mənfi təsir edən, tüpürcək ayrılmasını azaldan və hətta dayandıran seanslar keçirirlər. Bu normal danışmağa, yeməyə, dadı hiss etməyə mane olur. Bizim dad sistemimiz elə qurulub ki, orada artıq heç nə yoxdur.

Növbəti hissə: Sağlam qidalanmanın fransız qaydaları: dişlər, dil və dad reseptorları

 

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR