Slimfit
  1. SİYASƏT

İnam Kərimov məhkəmələrin və hakimlərin təminatının gücləndirilməsi ilə bağlı görülən işlərdən danışıb

İnam Kərimov məhkəmələrin və hakimlərin təminatının gücləndirilməsi ilə bağlı görülən işlərdən danışıb
Sakura

İnam Kərimov məhkəmələrin və hakimlərin təminatının gücləndirilməsi ilə bağlı görülən işlərdən danışıb

"Son illərdə məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrin və hakimlərin təminatının gücləndirilməsi ilə bağlı mühüm işlər görülüb".

"Report"un xəbərinə görə, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Ali Məhkəmədə Femida Dialoq Platforması çərçivəsində Vəkillər Kollegiyası ilə görüş zamanı deyib.

O bildirib ki, "Məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunan sonuncu böyük həcmli islahatlar “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il Fərmanın qəbulu ilə başlayıb: "Bu sənədin icrası ilə əlaqədar ölkəmizdə ədalət mühakiməsinin yüksək keyfiyyətlə həyata keçirilməsi və hüquqların məhkəmədə müdafiəsinin daha da güclənməsinə müsbət təsir göstərib.

“Aparılan islahatlar nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının strukturu və ştat cədvəli yenidən müəyyən edilib. Yeni strukturda məhkəmə aparatı gücləndirilib ki, bu da vahid məhkəmə təcrübəsinin formalaşması və tətbiqinə dəstək vermək məqsədi daşıyır”, - Ali Məhkəmənin sədri vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR