Slimfit
  1. DÜNYA

İlon Mask “Tesla” Direktorlar Şurası sədri vəzifəsini tərk edəcək

İlon Mask “Tesla” Direktorlar Şurası sədri vəzifəsini tərk edəcək
Sakura

İlon Mask “Tesla” Direktorlar Şurası sədri vəzifəsini tərk edəcək

Məşhur ABŞ sahibkarı, “SpaceX” kosmik korporasiyasının və “Tesla Motors” elektromobil istehsalı şirkətinin təsisçisi İlon Mask ABŞ Qiymətli Kağızlar və Fond Birjaları Komissiyası (SEC) tərəfindən “Twitter” sosial şəbəkəsində “Tesla”nı qeyri-publik şirkət etməklə bağlı yalan planlar dərc etməkdə təqsirli bilib. O, komissiya ilə məhkəməyə qədər razılaşma əldə edib.

ICTnews” Elektron Xəbər Xidməti “Rosbalt” resursuna istinadən yazır ki, razılaşmaya görə, biznesmen 20 milyon dollar məbləğində cərimə ödəyəcək, eləcə də “Tesla” şirkətinin Direktorlar Şurası sədri vəzifəsini üçillik müddətə tərk edəcək. Eyni zamanda İ.Mask şirkətin baş direktoru vəzifəsində qalacaq və təqsiri etiraf etmək məcburiyyətində deyil.

Bundan əvvəl verilən məlumata görə, avqustda İ.Mask “Twitter” səhifəsində “Tesla” şirkətinin səhmlərinin bir ədədinin azad dövriyyədə 420 dollara alınması üçün maliyyələşməni təmin etməsini yazıb. Lakin o, sərmayədarlarla görüşdən sonra niyyətindən imtina edib. Sahibkar komissiyanın bununla bağlı iradlarını əsassız hesab edir.

Qeyd edək ki, Kanada-ABŞ mühəndisi və investoru olan 46 yaşlı İ.Maskın sərvətinin dəyəri 9,6 milyard dollar qiymətləndirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR