Slimfit
  1. KOSMOS

İlk hermetik lunoxod təqdim edilib

İlk hermetik lunoxod təqdim edilib
Sakura

İlk hermetik lunoxod təqdim edilib

“Toyota” şirkəti günəş enerjisi ilə işləyən ilk avtonom və hermetik lunoxodunu təqdim edib.

Metbuat.az xarici KİV-lərə istinadla xəbər verir ki, avtomobil şirkəti astronavtları ayın səthində skafandr geyinmək zərurəti olmadan daşıyan nəqliyyat vasitəsi hazırlamaq üçün Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) ilə bir araya gəlib. Hermetik kabinə lunoxoda astronavtları peykin səthində hətta təzyiq və qravitasiya şəraitində uzaq məsafəyə daşımağa imkan verəcək. Günəş enerjisi və yanacaq elementləri ilə işləyən konseptual avtomobil 2 astronavt üçün nəzərdə tutulub, amma fövqəladə vəziyyətdə 4 nəfər daşıya bilər.

Yaponiya Kosmik Agentliyi 2029-cu ildə yeni lunoxodla tədqiqat missiyaları planlaşdırır. “JAXA”nın nümayəndələri qeyd edirlər ki, hermetik kabinələrə malik idarə olunan lunoxodlar ay səthinin tammiqyaslı tədqiqat və istifadəsində mühüm rol oynayacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR