Slimfit
  1. TEXNOLOGİYA

İlk “3D” çap edilmiş elektrik motosiklet təqdim olunub

İlk “3D” çap edilmiş elektrik motosiklet təqdim olunub
Sakura

Almaniyanın “BigRep” şirkəti üçölçülü printerdə çap edilən “Nera” adlı dünyanın ilk elektrik motosiklet…

Almaniyanın “BigRep” şirkəti üçölçülü printerdə çap edilən “Nera” adlı dünyanın ilk elektrik motosiklet prototipini təqdim edib.

ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, şirkət nəzdində fəaliyyət göstərən “Nowlab” laboratoriyasının mütəxəssisləri tərəfindən layihələndirilən motosikletin ölçüləri 190 x 90 x 55 santimetr təşkil edir.

Məlumata görə, elektronika istisna olmaqla motosiklet bütövlükdə “3D” çap üsulu vasitəsilə istehsal olunub: məsələn, xüsusi protektorlara malik şinlər, rombabənzər təkər diskləri, rama, oturacaqlar.

Bu, dünyada “3D” printerdə çap edilən ilk elektrik motosiklet prototipi hesab edilir və hazırda onun seriyalı istehsalı barədə məlumat verilmir.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR