Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

İftar və imsakda bu qidalardan uzaq

İftar və imsakda bu qidalardan uzaq
Sakura

İftar və imsakda bu qidalardan uzaq

Dietoloqların məsləhətinə əsasən, oruc tutan şəxslərin orqanizmi həddindən artıq yükləməsi yolverilməzdir.

Redaktor.az-ın məlumatına görə, Ramazan ayında oruc tutan insanlar qidalanmaya xüsusi diqqət göstərməlidirlər. Çünki düzgün olmayan qidalanma həzm problemlərinin yaranmasına yola açır. İmsak və iftarda düzgün qidalanmaq istəyən şəxslər aşağıdakı şərtlərə əməl etməlidir. 

İmsak menyusu

İmsakda yağlı yeyilən yağlı qidalar gün ərzində susuzluğu artırır, dayanıqlılıq müddətini də qısaldır. Mütəxəssislər imsakda bol maye qəbul etməyi, su, pendir, kərə yağı, tərəvəz, suda bişmiş ət, balıq, yumurta, çörək, lavaş, xurma və banan yeməyi məsləhət bilir. Səhərlər duzlu pendir yemək olmaz. Daha çox şit pendirlərə üstünlük vermək lazımdır. Qaymaq və digər ağartı məhsullarından, həmçinin buğda və qara çörəklərdən istifadə edilməsi məqsədəuyğundur.

İftar menyusu

Süfrədə toyuq, balıq və ya qırmızı ətdən biri mütləq olmalıdır. İftarda az qida qəbul olunmalıdır. Soyutma və buğlama yeməkləri daha məqsədəuyğundur. İçmək üçün adi su, şəkərsiz meyvə kompotları və ayrana üstünlük verilməlidir. Şirniyyat və meyvələr iftarda yeməkdən 1 saat sonra qəbul edilə bilər. Yatmazdan öncə 1 stəkan qatıq içmək lazımdır ki, həzm prosesinə müsbət təsir etsin.

Ümumilikdə isə iftarla imsak arasında minimum 8-10 stəkan su içmək lazımdır. Buzlu və qazlı içkilər içmək isə tövsiyə olunmur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR