Slimfit
  1. AVTO VƏ MOTO

Maserati yeni möhtəşəm sedanı təqdim etdi

Maserati yeni möhtəşəm sedanı təqdim etdi
Sakura

Maserati Ghibli GranLusso

Maserati şirkəti premium dördqapılı avtomobillər sahəsində qalmaq istəmir, buna görə də Ghibli sedanının yaxşılaşdırılması üzərində işləyib. Onun modernləşdirilməsi prosesində GranLusso modeli hazırlandı.

Bundan başqa Maserati GranLusso yüksək tezlikli rəngsiz matris emitterli adaptiv işıq diodlu faralar əldə etdi. Ghibli-nin xarici yenilikləri profesionallar tərəfindən müəyyən oluna bilər. GranLusso bamperdə xromlaşdırılmış əlavələrlə yenilənmiş arxa hissəni və aktual Maserati stilinə uyğun hazırlanmış fərqli radiator nümayiş etdirir.

Maşını yandan GranLusso etiketinə görə və kuzovun rənginə görə seçmək olar. Arxa hissədə yeni bamper və diffuzor yerləşir. Maraqlısı budur ki, bu stil dəyişikliyi maşının aerodinamikasını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa səbəb oldu.

Maserati Ghibli GranLusso avtomobilinin standart avadanlığına iki zonalı klimat-kontrol, yağış sensoru və 15 dinamikli Bowers & Wilkins premium akustikası daxildir. Panelin mərkəzində 8.4 dyüm ölçülü multimedia sisteminin sensor ekranı yerləşdirilib.

Kapotun altında heç bir dəyişiklik edilməyib. Sedan üçün 3,0 litrli V6 motoru nəzərdə tutulub. Benzinlə olanın at gücü 350, dizellə olanın isə 410-dur. Benzinlə işləyən maşın 100km/s sürəti 5,5 saniyəyə, dizellə işləyən isə 4,7 saniyəyə yığır.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR