Slimfit
  1. AZƏRBAYCAN

Horadiz şəhərində Qurtuluş günü qeyd olunub

Horadiz şəhərində Qurtuluş günü qeyd olunub
Sakura

Horadiz şəhərində Qurtuluş günü qeyd olunub

Horadiz şəhəri Heydər Əliyev parkında 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş geniş konsert tədbiri keçirilib.

Qafqazinfo” xəbər verir ki, tədbirdə rayonun idarə müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanları, N saylı hərbi hissənin əsgər zabit heyəti və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edib, 15 iyun Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb.

Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir.

Alı Alıyev deyib:

 “Milli Qurtuluş Günü Azərbaycanı güclü əsaslara söykənən davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarmış, Vətənimizi qorumağa qadir olan güclü ordu yaranmış, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqının bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilib. Dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtulmuş, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanmış, əmin-amanlığa və siyasi sabitliyə nail olunmuşdur. Müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir. Bu gün dahi şəxsiyyətin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün inkişaf və intibah dövrünü yaşayır."

 






Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR