Slimfit
  1. TEXNOLOGİYA

Honor 7A Pro: çərçivəsiz ekranlı və Snapdragon 430 çipli smartfon

Honor 7A Pro: çərçivəsiz ekranlı və Snapdragon 430 çipli smartfon
Sakura

Honor 7A Pro: çərçivəsiz ekranlı və Snapdragon 430 çipli smartfon

Huawei şirkəti Rusiyada qiyməti təxminən 150 dollar olan Honor 7A Pro smartfonunu təqdim edib.

Cihaz ensiz yan çərçivəli 5.7 düym ölçülü displeylə təchiz olunub. 1440X720 nöqtədən ibarət ölçüyə məxsus və 18:9 tərəf nisbəti olan HD+ formatında panel tətbiq olunub.

Korpusun arxa hissəsində 13 meqapikselli sensorun bazasında tək kamera quraşdırılıb. Avtofokus sistemi və fleş nəzərdə tutulub. Ön kamera 8 meqapikselli ötürücüyə malikdir.

Smartfon Qualcomm Snapdragon 430 prosesini əldə edib. Çip 1,4 Ghz-ə qədər tak tezlikli ARM Cortex-A53 səkkiz nüvəsiniz və Adreno 505 qrafik sürətləndiricini birləşdirir. Daxili LTE Cat 4 modemi 150 Mbit/s-ə qədər sürətlə məlumat yükləməyə imkan verir.

Cihazın arsenalında 2GB əməli yaddaş və 16GB tutumlu fleş modul var. İstifadəçilər eyni zamanda iki Sim kart və microSD kart quraşda biləcəklər.

Smartfon özündə Wi-Fi 802.11b/g/n və Bluetooth 4.2 adapterlərini, həmçinin GPS qəbuledicisini daşıyır. Enerji təminatına 3000 mA/s həcmli akkumulyator batareyası cavabdehdir. Ölçüləri - 152,4x73x7,8mm-dir. EMUI 8.0 firma ayarlı Android 8.0 Oreo əməliyyat sistemi tətbiq olunub. 

 

Tərcümə: Famil Ələkbərov

Mənbə: 3dnews.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR