Slimfit
  1. TARİX

Heroqliflərin kodlaşdırılması üzrə 15 il davam edən layihə başa çatdırılıb

Heroqliflərin kodlaşdırılması üzrə 15 il davam edən layihə başa çatdırılıb
Sakura

Heroqliflərin kodlaşdırılması üzrə 15 il davam edən layihə başa çatdırılıb

Yaponiya İnformasiya Texnologiyaları Agentliyi və İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi tərəfindən heroqlif işarələrinin kompyuter işlənməsini təmin etmək məqsədinə xidmət edən layihə 15 ildən sonra başa çatdırılıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, layihənin reallaşdırılması məqsədilə beynəlxalq standartlara uyğun 60 min universal işarə üçün fərqləndirici kod qeydiyyatdan keçirilib.

Heroqlif işarələrinin və hərflərin kompyuterdə işlənməsi məqsədilə hər bir işarəyə fərqli universal kod verilib.

İlkin olaraq belə kodlar 10 min heroqlif üçün müəyyən edilib.

Mütəxəssislərin bildirdiyinə görə, layihənin həyata keçirilməsi yalnız heroqliflə yazılan fərdi adların düzgün əks olunmasına deyil, həmçinin “böyük məlumatların” təhlilinə imkan yaradacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR