Dərc edildi: Baxış sayı: 500
Hərarəti olduğu üçün imtahana buraxılmayanlara yenidən şans verilə bilər - RƏSMİ
“Dövlət İmtahan Mərkəzi tərəfindən son iki gündə keçirilən imtahanlar başa çatıb”.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədr müavini Bəhram Xəlilov “Yeni” TV-nin canlı yayımında bildirib.
O qeyd edib ki, imtahanlarda iştirak üçün gələn və hərarəti olduğundan buraxılmayanlar üçün əlavə şans yaradılması ilə bağlı Təhsil Nazirliyi ilə müzakirələr aparılır.
“Hələlik heç bir qərar qəbul olunmayıb. Yekun bir şey olsa, dəqiq məlumat veriləcək. Odur ki, indidən məlumat demək mümkün deyil”, - deyə sədr müavini qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət