Slimfit
  1. MARAQLI

Hər kəsin qurmalı olduğu yeddi siyahı

Hər kəsin qurmalı olduğu yeddi siyahı
Sakura

Həyatı idarə etməyin sadə yollarından biri siyahılar qurmaqdır. İnsanlığın ən yaxşı kəşflərindən biri…

Həyatı idarə etməyin sadə yollarından biri siyahılar qurmaqdır. İnsanlığın ən yaxşı kəşflərindən biri olan siyahı qurmağı hər kəs özünəməxsus etməlidir.

Siyahılar məqsədlərə çatmaq üçün pilləkən rolunu oynayır. Buna görə də addım-addım hərəkətlərimizi müəyyənləşdirən siyahılarla istəklərimizə çata bilərik.

Günü təşkil etməyə kömək edən, ən vacib olanları diqqətimizdə saxlamaqda rol oynayan siyahılar istənilən sahədə faydalı ola bilərlər.

Oxu.Az hər kəsin qurmalı olduğu yeddi siyahını təqdim edir:

1. Kreativ fikirlər

Yaradıcılıq - spontan prosesdir, onu standart çərçivəyə salmaq çətindir. Dəyərli ideyalar, orijinal yanaşmalar, qeyri-adi fikirlər gələcəkdə lazımi vaxtlarda köməyinizə gələcək. 

2.Oxumalı olduğunuz kitablar

Hər dəfə bir kitabı oxuyub bitirəndən sonra növbətini seçməkdə əziyyət çəkirsinizsə, oxumaq üçün xüsusi siyahı qurmağın vaxtıdır. Dostların məsləhət gördüyü, hansısa bir saytda və ya bloqda haqqında oxuduğunuz, ya da metroda kiminsə əlində gördüyünüz və marağınızı cəlb edən kitabları ora yazın. Bu siyahı sayəsində həm də gələcəkdə oxuduğunuz kitabları bilmiş olacaqsınız və onlardan ən maraqlı cümlələri, fikirləri xatırlayacaqsınız.

3. Maraqlı tədbirlər

Maraqlı məkanlar siyahısı qurub, onu iştirak etdiyiniz yaddaqalan tədbirlərlə doldurmaq həyata nə cür yanaşdığınızı göstərəcək.

4. Tapşırıqlar siyahısı

Darıxdırıcı və şablon olsa da, bunu yazmasaq, olmazdı. Bu, gündəlik rejimin öhdəsindən daha yaxşı gəlməyinizə, hər şeyi vaxtında çatdırmağınıza və heç vaxt heç yerə gecikməməyinizə kömək edəcək.

Çətin günün sonunda edilmiş tapşırıqların qarşısında qoyduğunuz işarələrlə onları edib bitirdiyinizi görmək sizi sevindirəcək, xoşbəxt hiss etməyinizə səbəb olacaq və özünüzlə fəxr edəcəksiniz.

5. Baxılası filmlər siyahısı

Eynilə kitablardakı kimi. Müasir dövrdə çoxlu yeni kinolar efirə gedir və maraq dairənizdə olmayan, xoşlamayacağınız filmlərə baxmaq vaxtınızı alır. Əvvəlcədən düşünülərək yazılmış filmlər siyahısı sizi təsadüfi seçimdən xilas edəcək və məhz çoxdan baxmaq istədiyiniz filmlərə baxacaqsınız.

6. Arzular siyahısı

Arzu böhranı zarafat deyil. Bir gün oyanıb başa düşsəniz ki, həyatda heç nə istəmirsiniz, deməli, bu böhran sizinlə baş verib. Arzularınızı sevib qorumalı, əkib-becərməlisiniz. Yaxşı yetişmələri üçün onları 101 punktdan az olmayan xüsusi siyahıya yazmalısınız. 

7. Anti-siyahı

Hamı öyrəşib ki, siyahı dedikdə ora ancaq etmək lazım olan işləri yazmaq lazımdır. Amma bəzi hallarda, heç vaxt etməli olmadığınız işlərin siyahısını da yazmaq faydalı olacaq: içmək, siqaretə tərəf getmək, televiziya qarşısında vaxt öldürmək, yalan danışmaq və s. kimi. Bu siyahıdan heç bir punktu yerinə yetirmədən gün keçirdinizsə, deməli, düzgün istiqamətdəsiniz.

Bundan başqa, şəhərdə olmadığınız, amma olmaq istədiyiniz məkanlar, gülmək üçün səbəblərinizdən ibarət siyahılar da hazırlaya bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR