Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hər gün qarabaşaq yeyilərsə orqanizmdə nə baş verər?

Hər gün qarabaşaq yeyilərsə orqanizmdə nə baş verər?
Sakura

Hər gün qarabaşaq yeyilərsə orqanizmdə nə baş vermiş olar?

 

Bu yarmanın adına daha hansı sehrli xüsusiyyətləri yazmırlar! Xüsusilə pəhriz saxlayanlar tərəfindən təqdir olunur, çünki bu, hətta ən sərt fitness məşqçisinin də qarşı olmadığı yeganə karbohidratdır. Bəs onu hər gün yemək mümkündürmü? Zərərlidir, ya yox?

Əvvəla, bilmək lazımdır ki, qarabaşaq taxıl deyil, qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsidir və təbiəti etibarilə daha çox kinoa kimi toxumlara yaxındır. Tərkibində qlüten maddəsinin olmaması, əksinə kifayət qədər sağlam minerallar, vitaminlər və antioksidanlar ilə zəngin olduğu üçün məşhurdur. İndisə, gəlin onun niyə bu qədər faydalı olması barədə bir az ətraflı danışaq.

Ürək sağlamlığını yaxşılaşdırır

Qarabaşaq gizli iltihablı proseslərin öhdəsindən gəlməyə kömək edir və xolesterin səviyyəsini azaldır. Bunların hər ikisi ürək-damar sistemini ideal qaydada saxlamaq üçün çox vacibdir. Qarabaşağın bu xüsusiyyətə sahib olması tərkibindəki rutin və kversetinlə bağlıdır - bunlar flavonoiddir, qan damarlarını gücləndirir, keçiriciliyini azaldır və müxtəlif ürək xəstəliklərinə qarşı əla profilaktik vasitədir.

Şəkər səviyyəsini tənzimləyir

Aşağı qlisemik indeks - bu ifadə arıqlayanlar (və ya buna cəhd göstərənlər) və diabetli insanlar üçün çox tanışdır. Bu o deməkdir ki, bir çox digər karbohidratdan fərqli olaraq qarabaşaq qan şəkərindəki qəfil sıçrayışlara səbəb olmur. Əksinə, karbohidratlar yavaş-yavaş qana hopur, orqanizmə bərabər və sabit enerji axını təmin edir. Bundan əlavə, qarabaşaq yarpağında qan şəkərini aşağı salan bir birləşmə olan xiroinozitol var.

Tərkibində qlüten yoxdur

Və allergiyaya səbəb olmur. Səbəbsiz deyil ki, uşaqların sıyıqla tanışlığı qarabaşaqla başlanır. Bu, yəqin ki, tərkibində qlüten olmayan ən sərfəli məhsuldur - məsələn, oxşar xüsusiyyətlərə sahib kinoa bitkisi onunla müqayisədə xeyli bahadır.

" Yeri gəlmişkən, kinoa, tərkibinə görə qarabaşaqla demək olar ki, eynidır: qarabaşaq kimi, qanda şəkəri azaldır, maddələr mübadiləsini yaxşılaşdırır, iltihab reaksiyalarını zəiflədir, yəni qeyd olunan özəllikləri qarabaşaqla üst-üstə düşür, lakin dəyəri 10 qat daha çoxdur"- dietoliqlar bildirir.

Qarabaşaq və qaynadılmış kinoanın digər ümumi bir xüsusiyyəti çox miqdarda liflərə malik olmalarıdır. Bunun sayəsində həzm yaxşılaşır, insan uzun müddət özünü tox hiss edir, aclıq hissini idarə etmək və iştahını cilovlamaq daha asan olur. Bundan əlavə, qarabaşaqda olduqca az kalori var: 100 qram bişmiş yarmada - 92.

Bağırsaq xərçəngindən qoruyur

Lif, antioksidanlar (o cümlədən, kversetin) və fenolik birləşmələr bağırsaq sağlamlığı üçün çox faydalıdır. Onların sayəsində zərərli maddələr bədəndən daha tez çıxarılır, xərçəngin başlamasına və inkişafına kömək edən iltihab ocaqlarının meydana gəlməsinin qarşısı alınır. Bundan əlavə, antioksidanlar bizi sərbəst radikallardan - hüceyrələrə zərər verən və xərçəngə səbəb olan birləşmələrdən qurtarır.

Veqan zülalının mənbəyi

Bu, həqiqətən qarabaşaqda çoxdur - 100 qram qurusunda 14 qrama qədər olur. Ancaq buna çox əhəmiyyət vermək lazım deyil : qarabaşaqdakı zülal heyvan mənşəli məhsullardan daha pis mənimsənilir. Ancaq qarabaşaqda bir çox vacib amin turşusu, xüsusən lizin və arginin var.

Vitaminlər və minerallar

Qaranaşağın tərkibi bir çox B vitamini qrupu ilə zəngindir, xüsusilə B3 niacin və ya vitamin PP olaraq da bilinir). Onun çatışmazlığı ishal, dermatit və hətta demansa səbəb ola bilər.

Bundan əlavə qarabaşağın tərkibində çox miqdarda maqnezium, manqan, dəmir, fosfor, mis, sink, kalium və selen var. Bu mikroelementlər bir çox sistemə təsir göstərir: həm qan əmələ gətirən, həm ürək-damar, həm də metabolik proseslərə, bunların çatışmazlığı isə saç və dərinin vəziyyətinə çox ciddi təsir göstərir.

Qarabaşağın qida dəyəri (100 qram quru yarmada)

  • Kalori: 343
  • Su: 10%
  • Zülal: 13,3 q
  • Karbohidratlar: 71,5 q
  • Lif: 10 q
  • Yağ: 3.4 q

Yemək davranışında gözlənilənə nisbətən tam əks nəticə əldə etməmək üçün nəzərə alınmalı olan nüanslar var. Müəyyən bir zövqlə əlaqəli dörd mərhələ var: aclığın təmin olunması (məmnunluğu), doyma, həddən artıq doyma və nifrət. Və hər gün eyni şeyi yeməyə başlasaq, hətta o nə qədər ləzzətli və sevimli olsa belə, müəyyən vaxtdan sonra rədd edilməsinə səbəb olacaqdır.

Təəssüf ki, bu, qarabaşaq yarmasına da aiddir. Buna görə hər hansı bir rasion müxtəlif dad çalarları da daxil olmaqla müxtəlif olmalıdır.

 

Mənbə: www.wday.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR