Slimfit
  1. AZƏRBAYCAN

“Hər biriniz böyük Azərbaycansınız” - Mənsimov tələbələrlə görüşdü

“Hər biriniz böyük Azərbaycansınız” - Mənsimov tələbələrlə görüşdü
Sakura

“Hər biriniz böyük Azərbaycansınız” - Mənsimov tələbələrlə görüşdü

Xəbər verdiyimiz kimi, “Palmali” şirkəti Türkiyədə təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd verəcək.

Yenicag.az-ın məlumatına görə, artıq siyahıya daxil edilən tələbələrlə görüş keçirilib, onlarla müqavilələr imzalanıb.

Tədbirdə şirkətin prezidenti Mübariz Mənsimov da iştirak edib.

Sözügedən tədbirdə çıxış edən Mənsimov, gənclərlə keçirdiyi anları ömrünün ən rəngli saatları adlandırıb:

“Sizlər Azərbaycanın gələcəyisiniz. Həyatda uğur qazanmağınız üçün ən önəmli şey təhsildir. Sizin hər birinizin borcu Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemini qabartmaqdır. Sizdən gözləntimiz vətəninizi ən gözəl şəkildə təmsil etməkdir. Sizinlə keçirtdiyimiz anlar ömrümüzün ən rəngli saatlarıdır. İnanıram ki, bundan sonra uzun müddət bərabər addımlayacağıq.

Biz mühəndis, həkim, müəllim, iş adamı olaraq, xaricdə Azərbaycanı təmsil edirik. Azərbaycan adını uca tutmaq ən ümdə vəzifəmiz olmalıdır. Azərbaycan ərazi baxımından kiçik ola bilər. Əsrlərlə işğallara məruz qaldığımız üçün Böyük Azərbaycandan bizə qalan hazırkı torpaqlarımızdır. Ancaq sizin hər biriniz Böyük Azərbaycansınız, bu böyük torpağın parçalarısınız.

Kaş ki, həyatımı geri qaytara bilsəydim. Mən yenə də təhsilə önəm verərdim. “Palmali” ailəsinə xoş gəlmisiniz. Artıq gələn həftə təqaüdünüz bank hesablarınıza yatırılacaq. Təhsilinizi yüksək səviyyədə davam etdirsəniz, magistr biliyi əldə etməniz üçün sizə dəstək olmağa davam edəcəyik. Sizin uğurunuz təkcə ailənizin yox, bütün Azərbaycanındır. Siz təkcə ailənizi yox, Azərbaycanı düşünməlisiniz. Burada heç biriniz nazir balası deyilsiniz. Bu yerlərə əziyyət çəkərək gəlmisiniz. Həyatınızda uzun bir marafon var”.

Emin Səfərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR