Slimfit
  1. CƏMİYYƏT

Həlak olan Ağdam sakininin qızı: Atam danışıb sağollaşan kimi ermənilər evimizi mərmi atəşinə tutub, atamı öldürdülər

Həlak olan Ağdam sakininin qızı: Atam danışıb sağollaşan kimi ermənilər evimizi mərmi atəşinə tutub, atamı öldürdülər
Sakura

Həlak olan Ağdam sakininin qızı: Atam danışıb sağollaşan kimi ermənilər evimizi mərmi atəşinə tutub, atamı öldürdülər

Atamla telefonla danışandan təxminən yarım saat sonra onu ermənilər vurdu.

Ens.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında iyulun 14-də erməni hərbi birləşmələrinin Tovuz rayonunun Ağdam kəndini atəşə tutması nəticəsində həlak olan kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun qızı Zərnişan Gözəlova deyib.

Onun sözlərinə görə, həmin gün səhər saatlarında atası ilə danışarkən ermənilər kəndi atəşə tutub: "Bir müddət əvvəl oğlumla gəlmişdik atamın yanına, onunla qalırdıq. Ayın 12-də ermənilər təxribata əl atanda dedim gəl gedək bizə, getmədi.

Dedi evimi atıb heç yerə gedə bilmərəm. Biz ayın 12-də gəldik evimizə. Ayın 14-də səhər saat 8-də atamla danışdım. Dedi ermənilər yenə atırlar. Biz danışanda sakitlik idi, danışa-danışa birdən səslər eşidildi. Atamla sağollaşdım, dedim özünü gözlə, dedi narahat olma. 9-un yarısında bacım zəng vurdu ki, atam telefonu açmır. Məlum oldu ki, mən danışıb sağollaşan kimi ermənilər evimizi mərmi atəşinə tutub, atam həlak olub".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR