Slimfit
  1. MARAQLI

Hansı qarağat daha faydalıdır: qırmızı yoxsa qara?

Hansı qarağat daha faydalıdır: qırmızı yoxsa qara?
Sakura

Hansı qarağat daha faydalıdır: qırmızı yoxsa qara?

Həm qırmızı, həm də qara qarağat insanın sağlamlığı üçün olduqca faydalıdır. Onların tərkibində bir çox vitaminlər, minerallar, orqanik turşular, qidalı liflər və s. faydalı maddələr var.

Baxmayaraq ki, qarağatlar yaxın "qohumlardır", onların tərkibində olan faydalı maddələrin miqdarı xeyli fərqlənir. Gəlin birlikdə hansı qarağatın daha faydalı olduğunu təyin edək. Bunun üçün sizə bəzi faktlar təqdim edirik:

- 100 qr qara qarağatın tərkibində C vitaminin 2 sutkalıq dozası, 100 qr qırmızı qarağatın tərkibində isə yarım sutkalıq  C vitamini dozası var. C vitamini insanın sağlamlığı üçün olduqca vacibdir. Onun əsas vəzifələrindən biri damarlarımızın sağlamlığını qorumaq, onları elastik və möhkəm etməkdir.

- Orqanizm üçün çox faydalı olan Omeqa-3 yağlı turşularının miqdarı qara qarağatda 2 dəfə çoxdur. Bu faydalı maddələr sinir toxumasının normal fəaliyyəti, infarkt və insultun profilaktikası üçün çox vacibdir. Omeqa-3 yağlı turşular beyini qoruyur və yaşlı insanlarda inkişaf edən ağıl zəifliyinin qarşısnı alır.

- Ürəyin normal fəaliyyəti üçün çox vacib olan kalium və maqnezium mineralları qara  qarağatda qırmızı qarağatla müayisədə daha çoxdur.

 

Saglamolun.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR