Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hansı çay daha faydalıdır - yaşıl yoxsa qara?

Hansı çay daha faydalıdır - yaşıl yoxsa qara?
Sakura

Hansı çay daha faydalıdır - yaşıl yoxsa qara?

Yaşıl və qara çay əslində eyni çay kolundan yığılır. Fərq yalnız çay yarpaqlarının emalındadır.

Qara çay xüsusi şəraitdə qurudulur ki, nəticədə onun tərkibi bir qədər dəyişilir (fermentasiya olunur). Yaşıl çay xüsusi emala məruz qalmır.

Bir çox insanları maraqlandıran suallardan biri: hansı çay daha faydalıdır - yaşıl yoxsa qara? Bu sualın cavabını tapmaq üçün Saglamolun.az sizə hər iki çay haqqında bəzi maraqlı məlumatları təqdim edir.  

1. Yaşıl çayda kofein maddəsi qara çayla müqayisədə daha çoxdur. Kofein çox faydalı maddədir. Kofein beyində amiloid zülalın yaranmasının qarşısını alır. Bu zülal beyində toplanaraq beyinin fəaliyyətini pozur, qocalıq ağıl zəifliyinin inkişafına səbəb olur. 

Lakin kofeindən sui-istifadə ürəyə ziyan vura bilər.

2. Yaşıl çayın tərkibində fol turşusu qara çayla müqayisədə daha çoxdur. Fol turşusu (B9 vitamini) qanyaratma proseslərində iştirak edir. Həmçinin fol turşusu damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

3. Qara çay katexin maddələri ilə daha zəngindir. Bu maddələr çaya xərçəng əleyhinə xüsusiyyətləri bəxş edir.

4. Qara çayda yaşıl çayla müqayisədə polişəkərlər daha çoxdur. Polişəkərlər qanda qlükozanın səviyyəsini tənzimləyir ki, nəticədə insan özünü daha uzun müddət ərzində tox hiss edir. Bu isə artıq çəki yığmamağa kömək edir.

Gördüyünüz kimi, həm yaşıl, həm də qara çayın çox faydalı və qiymətli xüsusiyyətləri var. Mütəxəssislər hər iki çayı içməyi tövsiyə edir.

Şərqdə belə bir maraqlı çay içmək adəti də var: hər iki çay ayrı-ayrılıqda dəmlənilir, sonra fincana hər çaydan süzülür və insan bu dadlı və faydalı qarışığı içir.      

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR