Dərc edildi: Baxış sayı: 464
Gürcüstanda koronavirusa 416 nəfər yoluxub, 105-i sağalıb
Gürcüstanda koronavirusa yoluxanların sayı 416-ya çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, virusa yoluxan pasiyentlərin 105-i sağalıb.
Qeyd edək ki, indiyədək qonşu ölkədə koronavirusdan beş ölüm halı baş verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət