Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Günə bu 3 xeyirli prosedurla başlamaq lazımdır

Günə bu 3 xeyirli prosedurla başlamaq lazımdır
Sakura

Günə bu 3 xeyirli prosedurla başlamaq lazımdır

Bu səhər adətləri 10 dəqiqədən çox vaxtınızı aparmayacaq və bununla yanaşı ehvalınızın yaxşı olmasını təmin edəcək.

Əhvalınızı və sağlamlığınızı yaxşılaşdırmaq üçün bir neçə şeyə adət etməlisiniz və bu getdikcə vərdişə çevrilməlidir.

 

Dilin təmizlənməsi

Dil ağızdan pis iyin gəlməsinə, ağız boşluğunda və mədədə xəstəliklərin səbəbinə çevrilən mikro orqanizmlərin çoxalması üçün ideal şəraitdir. Dişləri təmizləyərkən (gün ərzində 2 dəfə) diş fırçası, qaşığın sonluğunu və ya xüsusi vasitədən istifadə erədək dil ərpini təmizləyin.

Yüngül məşq

Səhər yüngül məşq etməklə siz ürək-damar sistemini möhkəmləndirirsiniz, immuniteti yüksəldirsiniz, hərəkətlərin koordinasiyasını və vestübilyar aparatın işini yaxşılaşdırırsınız. Bundan başqa gündəlik məşq – skolioz, onurğa sütununun yırtığı və osteonxondrozun müalicəsi üçün əla vasitədir.

Ballı və limonlu isti su

Stəkanda bir qaşıq bal və bu qədər sıxılmış limonun suyunu isti suda qarışdırın. Həkimlərin fikrincə belə içkinin səhər qəbulu həzmi gücləndirmək üçün əla üsuldur.

Limonlu və ballı su qaraciyərin işini yaxşılaşdırır, maddələr mübadiləsini normallaşdırır və bağırsağın sağlam mikroflorasını təmin edir. Qan dövranını aktivləşdirir və zəhərli maddələri orqanizmdən çıxarır, bu da dərinin vəziyyətinə yaxşı təsir göstərir. Bundan başqa limonda olan C vitamini qocalıq prosesini ləngidən güclü antioksidantdır.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR