Dərc edildi: Baxış sayı: 810
Gözü ağrıdı, həkimə getdi, gözündən bal arıları çıxdı
Tayvanda şiddətli ağrı və göz yaşarması şikayəti ilə xəstəxanaya gedən 20 yaşlı qadının gözündə 4 bal arası olduğu müəyyən edilib.
“Ölkə.Az” xəbər verir ki, əməliyyatla qadının gözündəki arıları çıxartmaq mümkün olub. Məlum olub ki, qadın bir qohumunun qəbirindəki otları təmizləyəndə arılar gözünə girib.
“StraitTimes”ın xəbərinə əsasən, Tayvanın Fooyin universitetinin xəstəanasına müraciət edən qadının gözünü mikroskopla incələyəndə göz çuxurunda dörd bal arasının ayaqları görünüb. Hunq Çi-tinq adlı həkim qadınımn göz çuxurunda göz yaşı ilə qidalanan arıları əməliyyatla götürüb.
Hikmət Həsənov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət