Slimfit
  1. TEXNOLOGİYA

Google şirkətinin 10 uğursuz layihəsi

Google şirkətinin 10 uğursuz layihəsi
Sakura

Google şirkətinin 10 uğursuz layihəsi

20 il ərzində Google uğursuzluğa məhkum olacaq çoxlu sayda layihələr buraxıb. Google+ sosial şəbəkəsinin bağlanması elanından sonra istifadəçilərin xoşuna gəlməyən 10 məhsulu nəzərdən keçirək.

Google Buzz

Google Buzz “Google+ “-un sələfi olub və özündə Gmail poçt xidmətinə inteqrasiya olumuş sosial şəbəkəni təcəssüm etdirirdi. Buzz ilk dəfə 2010-cu ildə Facebook-a rəqib olmaq cəhdi kimi buraxıldı, belə ki, Google şirkətinin o zaman özünə məxsus sosial şəbəkəsi yox idi.

Google şirkətinin təsisçisi Sergey Brin bildirmişdi ki, Buzz işlə əyləncəni birləşdirəcək məhsul olacaq.

Amma layihə tənqidlə qarşılaşdı və hətta zəif istifadəçi gizliliyi probleminə görə bir neçə məhkəmə iddiası ilə qarşılaşdı.

Nəticədə şirkət Google Buzz məhsulunun çatışmazlıqlarını anlamağa üstünlük vermədi və Google+ sosial şəbəkəsinin yaradılmasında fikri toplamaq üçün 2011-ci ildə onu bağladı. Onun mövcudluğu əbədi davam etmədi - rəhbərlik yeddi ildən sonra platformanı inkişaf etdirməkdən imtina etdi.

Google Answers

Google Answers sual-cavab xidməti 2002-ci ildən 2006-cı ilə qədər mövcud olub. O “tənbəllər üçün” axtarış sistemi kimi hazırlanmışdı - maraqlı suala cavab tapmaq istəyərkən nəticəni sərbəst səhifələmək əvəzinə istifadəçi pul müqabilində həlli tapmağı başqasına təklif edən sorğu saxlaya bilərdi.

Bununla belə Google sifarişçi ilə icraçı arasındakı sövdədən kiçik faiz götürürdü.

Rəhbərliyin fikrincə, Google Answers zamanla köhnəldi, belə ki, internetdə çoxlu sayda oxşar xidmət yarandı ki, orada istifadəçilər sərbəst şəkildə kontent yarada bilərlər, buna görə də “Cavablar”-a olan ehtiyac aşağı düşdü. Hazırda yeni suallar artıq vermək olmasa da, informasiya olan arxiv geniş ictimaiyyət üçün hələ də əlçatandır.

Google Wave

Google Wave sərbəst qeydiyyat üçün 2010-cu ildə əlçatan oldu - bu layihə dostlarla ünsiyyəti, elektron poçtu və brauzerdə sənədlərin müştərək redaktəsini birləşdirirdi. Belə geniş ixtisaslaşma istifadəçilərin rəğbətini qazanmadı, buna görə də Google Wave geniş yayılmadı və mövcudluğunun ilk ilində bağlandı.

Google Video

Google şirkətinin video xidməti 2005-ci ildə media çarxlar üzrə axtarış üçün yaradıldı. Bundan başqa, Google Video istifadəçiləri həm şəxsi çarxlarını yükləyə, həm də artıq mövcud .gvi formatına olanları endirə bilərdilər.

Google tarixini yaxşı bilənlər asanlıqla sonra baş verənləri təsəvvür edə bilərlər - 2006-cı ilin oktyabr ayında şirkət YouTube xidmətini 1,65 milyard dollara alır, o da dünyanın ən məşhur videohostinqinə çevrilir.  Bu fakta baxçayaraq, Google Video Youtube ilə birlikdə 2012-ci ilə qədər mövcud olmaqda davam etdi, bundan sonra şirkət bütün kontenti bir xidmətdən digərinə köçürməklə ilk xidmətlə tamamilə vidalaşdı.

Google Reader

Google şirkətinin layihələrinin böyük hissəsi aşağı populyarlığa görə bağlanmışdısa, Google Reader RSS aqreqatorunun “ölümü” barədə xəbər istifadəçilərin qəmgin emosiyalarına səbəb oldu. Reader yeddi il işlədi, oxuculara xəbər saytlarından və bloqlardan məqalələri bir lentə yığaraq baxmağa imkan verirdi.

Layihənin bağlanması haqqında şayələr yayılan kimi Google Reader layihəsinin minlərlə sadiq azarkeşi “oxucunu” qaytarmaq xahişi ilə elektron petisiya tərtib etməyə başladılar, onlardan ən məşhuru 100 min imza topladı.

Versiyaların birinə əsasən, Google Reader xidmətinin bağlanması auditoriyanı Google+ Lively layihəsinə yönləndirmək üçün şirkətin rəhbərliyi tərəfindən göstərilmiş xüsusi təşəbbüsdür.

Lively

Google Lively virtual dünyası 2008-ci ildə buraxıldı və özündə real insanların 3D avatarlarının ünsiyyətdə olduğu veb otağı təcəssüm etdirirdi. Lively iki brauzer -  Internet Explorer və Mozilla Firefox-da işləyirdi, həmçinin Flash tələb edirdi.

Bir kiçik otaqda 20-ə qədər insan sığışırdı ki, onlar ümumi çatda danışırdılar. Amma layihə öz vaxtını üstələdi - VR şlemlər və daha da yaxşılaşdırılmış qrafikanın tətbiqi ilə Lively öz oxucularını tapa bilərdi, amma nəticədə o eyni ildə bağlandı. Beləliklə, Google virtual dünyaya yatırım etmədi, buna görə də 3D çat şirkətin fəaliyyətinə təsir göstərmədi.

Google Health

2008-ci ildən Google şirkəti Google Health xidməti açaraq, istifadəçilərin fiziki sağlamlığı barədə düşünməyə başladı. O özlüyündə tibbi informasiya saxlanc yeri idi ki, onun çərçivəsində öz xəstəlik hekayəni paylaşmaq, həmçinin həkimlə məsləhətləşmək olardı.

Google Health istifadəçilərə içərisində bütün son araşdırmalar və analizləri olan şəxsi tibbi kart olacağını vəd edirdi, amma 2012-ci ildə qəfil bağlandı. Şirkətin bildirdiyinə görə, bu layihənin faydası olmadı.

Dodgeball

2005-ci ildə Google Dodgeball xidmətini buraxdı. Bu xidmət müəyyən lokasiyalarda çekin üçün nəzərdə tutulmuşdu ki, öz yerini dostlar və tanışlara bildirməyə imkan verirdi.

Ehtimal ki, Dodgeball qlobal uğu qazana bilərdi, amma iki il sonra Krouli rəhbərliklə münaqişə səbəbindən Google şirkətini tərk etdi.

Bir müddət sonra o Foursquare xidmətini açacaqdı ki, o da ilk ideyadan daha çox məşhur olacaqdı.

Google Dodgeball-un bütün imkanlarından istifadə etmək istəyirdi və onun bazasında analoji Google Latitude platformasını yaratdı. 2013-cü ildə layihə bağlandı.

iGoogle

“I” hərfinə baxmayaraq, iGoogle xidmətinin Apple məhsulları ilə heç bir əlaqəsi yoxdur. Bu başlanğıc səhifəni ona müxtəlif vidcetlər və xəbər lentləri əlavə etməklə personallaşdırmağa imkan verən xüsusi xidmətdir.

2013-cü ildə Google iGoogle xidmətindən imtina etmək qərarı verdi, belə ki, vidcetlərin əvəzində Chrome brauzeri və Android əməliyyat sistemi daxilində proqramlar gəldi.

Google Notebook

Google Notebook istifadəçilərə qeydlər və yazılar yazmağa, internet axtarış çərçivəsində mətnləri, linkləri və fotoşəkilləri yığmağa imkan verirdi.  Bu bloknotları saxlamaq və digər istifadəçilərlə paylaşmaq mümkün idi.

Belə funksionallığın tanış gəlməsi təsadüfi deyil - 2012-ci ildə Notebook köhnəlmiş kimi tanındı, onun əvəzinə isə daha müasir və veb brauzer çərçivəsində işləyən Google Docs gəldi.

 

Mənbə: Mail.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR