Slimfit
  1. TEXNOLOGİYA

Google istifadəçilərin təhlükəsizliyi üçün URL ünvanları “ləğv etmək” istəyir

Google istifadəçilərin təhlükəsizliyi üçün URL ünvanları “ləğv etmək” istəyir
Sakura

Google istifadəçilərin təhlükəsizliyi üçün URL ünvanları “ləğv etmək” istəyir

Google mühəndisləri internetdə növbəti islahatı aparmaq istəyirlər. Google Chrome brauzeri artıq HTTP protokolundan istifadə edən saytları qeyri-təhlükəsiz qeyd edir və administratorları şifrələmə funksiyası olan HTTPS-ə keçməyə məcbur edir. Wired yazır ki, 2019-cu ilin ikin yarısının sonuna qədər şikrət standart URL ünvanların əvəzedicisini hazırlayacaq.

Şirkət hesab edir ki, 1990-cı ildə düşünülmüş veb saytlara keçid üsulu artıq köhnəlib. İnternetin inkişafı ilə URL ünvanlar artıq uzun olub, buna görə də istifadəçilər hər zaman saytın ünvanını görə bilmirlər. Bu cinayətkarlara onları zərərli saytlara yönləndirməyə (məs .com domenini .biz domeninə dəyişməklə) imkan verir. Qurban fərqi hiss etməyə bilər və vacib məlumatlarını itirə bilər.

Biz hər istifadəçinin ziyarət etdiyi saytın həqiqiliyindən əmin olmasını istəyirik. Dəyişiklik ondan ibarət olacaq ki, Google Chrome onların URL ünvanlarını göstərəcək.

Sayta keçidlər üçün nədən istifadə olunacağı hələlik məlum deyil. Şirkətin mühəndisləri bu barədə bir neçə ildir düşünür və hələlik ümumi razılığa gəlməyiblər. 2014-Cü ildə Chrome brauzerinin beta versiyası saytların ancaq domen adını göstərirdi, tam URL ünvanı isə ancaq ünvan yerində əmr verərkən açıq göstərirdi. Sınaq müsbət və mənfi rəylərin eyni nisbəti ilə yekunlaşdı, buna görə də şirkət onu dayandırdı.

Mühəndislər etiraf etdilər ki, eyni çətinliklərlə şifrələnmiş HTTPS protokolunun populyarlaşması zamanı da qarşılaşıblar. Nəticədə şirkət digər brauzerin proqramçıları və texnoloji şirkətlər tərəfindən dəstək əldə etdi.

Hesab olunur ki, URL üçün alternativ təkcə təhlükəsizliyi deyil, həmçinin internetdən istifadənin rahatlığını da yüksəldəcək. İstifadəçilərdə uzun ünvanları köçürmək və link qısaltma xidmətlərindən istifadə etmək ehtiyacını aradan qaldıracaq.

 

Mənbə: Hi-news.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR