Slimfit
  1. MEDİA

Gəncədə “IMAGINE Avro” tolerantlıq festivalı çərçivəsində silsilə tədbirlərə start verilib

Gəncədə “IMAGINE Avro” tolerantlıq festivalı çərçivəsində silsilə tədbirlərə start verilib
Sakura

Gəncədə “IMAGINE Avro” tolerantlıq festivalı çərçivəsində silsilə tədbirlərə start verilib

Gəncə şəhər Məhsəti Mərkəzində “IMAGINE Avro” tolerantlıq festivalı çərçivəsində fransız fotoqrafı Nikolas Landemardın fotosərgisinin açılışı olub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin birinci müşaviri Denis Daniilidis, millət vəkili Pərvin Kərimzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qonaqları salamlayaraq, Gəncədə bu cür festivalların keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. O qeyd edib ki, tolerantlıq ənənələri Azərbaycanda hələ əsrlər öncə formalaşıb və zaman keçdikcə bu coğrafiyada yaşayan insanların başlıca keyfiyytinə çevrilb. Şəhər rəhbəri “IMAGINE Avro” tolerantlıq festivalının mədəniyyətlərarası dialoqun inkişafına müsbət təsir göstərəcəyinə əminlik ifadə edib.

 

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin birinci müşaviri Denis Daniilidis çıxışında bildirib ki,  Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar daim sülh və mehribanlıq içərisində yaşayıblar. Denis Daniildis:“IMAGINE Avro” tolerantlıq festivalını Azərbaycanda təqdim etməklə bu ölkənin tolerant dövlət olduğunu bir daha nümayiş etdiririk. Bu həm də digər ölkələr üçün bir nümunədir. Bu festival çox fərqlidi. O, mədəniyyətləri görüşdürür. Bu festivalın məqsədi körpülər qurmaqdır. Tolerat ölkə olan Azərbaycanla bu cür əlaqələrin qurulması qürurvericidir.

 

Çıxışlardan sonra sərgiyə baxış keçirilib.

Üç hissədən ibarət olan sərgidə fotoqraf Nikolas Landemardın Fransada yaşayarkən lentə aldığı siyasi liderlərin, teatr iştirakçılarının və Brüssel məhəllələrinin fotoları nümayiş olunub.

Birinci hissə “Fransa teatrında qaçqınların çıxışı” adlanır. Bu fotolarda Fransanın Leon şəhərindəki teatrda çıxış edən miqrantlar və qaçqınların şəkilləri yer alır. Fotoqraf teatrda çəkilişlər apararkən həm də ustad dərsləri verib. Bu teatrın özəlliyi ondan ibarətdir ki, burada səs yoxdur. Onlar fransız dilini bilmədikləri üçün ünsiyyətlərini him-cimlə qururlar.

İkinci hissənin mövzusu “Avropa siyasətçiləri” adlanır. Fotoqraf bu ad altında Avropa Komissiyası və Parlamentindəki siyasi liderlərin şəkillərini nümayiş etdirir. Belə ki, fotoqraf  Brüsseldə çəkiliş apararkən Avropanın bütün nöqtələrinə toxunur.

Üçüncü hissənin mövzusu isə “Brüsseldə yerləşən Avropa məhəllələri”dir. Belçikalılar bu ərazini batmış məhəllə adlandırırlar. Orada vaxtilə köhnə binalar olub, ancaq onlar sökülərək yerində zövqsüz, müasir binaların tikintisinə başlanılıb. Yerli camaat da bu məhəllədə aparılan işləri uğursuz layihə adlandırıb. Get-gedə böyüyən belə məhəllələrə belçikalılar Brüsselizasiya adını verib.

Qeyd edək ki, Gəncədə 2 gün davam edəcək “IMAGINE Avro” tolerantlıq festivalı çərçivəsində kinorejissor Andrés Lübbertin "El Color del Camaleon" filminin nümayişi, Klaudio Franko və Brazilidade qrupun konserti, habelə Heydər Əliyev mərkəzində Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş Avropa İttifaqının gələcəyinə dair konfransın keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı bu gün və sabah Gəncə “Cinema Plus” kinoteatrlarında "Skripka çalan" (Finlandiya), "Mariyanın Səfəri" (Latviya) və"Brazilialılar" (Macarıstan) filmləri də nümayiş olunacaqlar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR