Slimfit
  1. MEDİA

Gəncədə 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub

Gəncədə 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub
Sakura

Gəncədə 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub

Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə tədbir təşkil olunub. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Müşfiq Cəfərov və Pərvin Kərimzadə,Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki baş konsulu Nikoloz İaşvili, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Uşaq Evinin, Gəncə SOS uşaq kəndinin sakinləri, UAFA İƏRM-dən bəhrələnən uşaqlar, şəhid və qazi övladları iştirak ediblər.

Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk çıxış edərək bildirib ki, Milli Suverenlik və Uşaq Bayramı Türkiyə Respublikasının qurucusu və ilk dövlət başçısı Mustafa Kamal Atatürkün dünya uşaqlarına verdiyi bir hədiyyədir. Türkiyənin hər bir tərəfində olduğu kimi, Gəncədə də bu bayram coşğu ilə qeyd olunur. Zeki Öztürk bu günün tarixi önəmindən danışıb. O bildirib ki, 1920-ci ilin aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisi (TBMM) fəaliyyətə başlayıb. Məclis 1920-ci ilin 23 aprel tarixində yerli vaxtla saat 13:45-də 115 millət vəkilinin iştirakı ilə açılıb. Həmin ilin aprelin 24-də Mustafa Kamal (1934-cü ildən Atatürk) yekdilliklə TBMM-nin sədri seçilib. Artıq 102 ildir 23 aprel Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd edilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, bugünün uşaqları qalib ölkənin övladlarıdırlar. Azərbaycan 44 günlük Vətən müharibəsilə 30 ilə yaxın davam edən işğala son qoydu. Bu tarix və bu şanlı Zəfəri bizə yaşadanlar heç vaxt unudulmamalıdırlar. O qeyd edib ki, Azərbaycanda uşaqlara dövlət səviyyəsində daim diqqət və qayğı göstərilir. Onların sağlam böyümələri, təhsil almaları üçün hər cür şərait yaradılır. Niyazi Bayramov bütün uşaqları “23 Aprel – Milli suverenlik və uşaq bayramı” münasibətilə təbrik edib, onlara sağlam gələcək və firavan həyat arzulayıb.

Daha sonra konsert proqramı təqdim olunub. Uşaq İncəsənət Məktəbinin “Xəmsə” zərb alətləri ansamblının, “Gəncə gönçələri” rəqs ansamblının, Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” uşaq rəqs ansamblının, “Uşaq Gənclər İnkişaf Mərkəzi”nin və şəhərin ümumtəhsil məktəblərinin istedadlı şagirdlərinin təqdimatında müxtəlif çıxışlar izlənilib. Tədbirdə iştirak edən bütün uşaqlara Türkiyənin Gəncədəki Baş Konsulluğu tərəfindən hədiyyələr təqdim edilib.

Daha sonra balacalar üçün şəhərdə fəaliyyət göstərən kinoteatrların birində cizgi filmi nümayiş olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR